10 gün ərzində ipoteka krediti verilir
Bank Respublika ipoteka kreditinin maksimal məbləğini 150 000 manatadək artırılıb.
Bank Respublika müştərilərinə daha münasib və rahat şərtlərlə ipoteka kreditlərinin verilməsinə davam edir.
Azərbaycan İpoteka Fondunun xətti ilə ayrılan ipoteka kreditinin maksimal məbləği bank tərəfindən 150,000 AZN-dək artırılmışdır.
İllik faiz dərəcəsi Adi İpoteka üçün 8%, Güzəştli İpoteka üçün isə 4% təşkil edir. Müəyyən edilmiş faiz dərəcəsi 3 ildən – 30 ilədək bütün dövrü əhatə edir. İlkin ödəniş ümumi məbləğin 15% - 25% həddində təyin edilib.
Xatırladırıq ki, www.e-ipoteka.az saytında İpoteka Fondu tərəfindən mərkəzləşdirilmiş Elektron İpoteka Sistemi xidmət göstərir. Bu sistem kreditlərin rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, ümumilikdə isə ipoteka kreditləşməsinin sadələşdirilməsinə xidmət edir.
Kredit müraciəti üzrə qərar təxminən 10 gün ərzində verilir. Kreditin ödənişlərini hər ay annuitet qaydada bərabər hissələrlə Bank Respublika-nın ofisləri və bankomatları, vaxtınıza qənaət etmək istəsəniz “İnternet Şöbə” xidməti və “Mobil Şöbə” əlavələri vasitəsilə ödəmək mümkündür.
İpoteka kreditlərinin şərtləri ilə daha ətraflı bankın rəsmi internet səhifəsində, sizə yaxın filialları və ya şöbələrdə, yaxud 144 qısa nömrəsinə zəng etməklə tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























