ABŞ səhmləri rekord səviyyələrə qalxıb, dollar bahalaşıb
Texnologiya şirkətlərinin səhmləri, Amazon.com Inc. və Alphabet Inc.-ın proqnozlardan çox gəlir və mənfəət rəqəmləri açıqlamalarından sonra yüksəlib. Nasdaq 100 İndeksi, ötən ilin Mart ayından bu yana ən kəskin yüksəlişini həyata keçirib.
"Marja" xəbər verir ki, Standard & Poor's 500 (S&P 500) İndeksi rekord yeniləyib, Dollar ABŞ iqtisadiyyatının qasırğaların yaratdığı mənfi təsirlərə baxmayaraq ilin üçüncü rübündə gözləntilərin üzərində artım qeyd etməsilə bahalaşıb. İstiqrazlar, Fed-in növbəti sədrinin "şahin" istiqamətli olacağı spekulyasiyası ilə güclənib.
Analitiklər bildirilər ki, son dövrdəki göstəricilər olduqca yaxşıdır. ABŞ iqtisadiyyatı 2 rübdür ardıcıl 3% və bu səviyyənin üzərində artır. Çoxdandır belə vəziyyət yaşanmırdı.
ABŞ-da Nümayəndələr Palatasının Respublikaçı üzvləri, vergi güzəştlərinin önündəki maneəni qaldırıblar. Fed sədri yarışında Janet Yellenin yerini alacaq namizədin Jerome Pauell olduğu iddia edilir. İqtisadi artımı dəstəkləyəcəyi hesab edilən vergi güzəştlərinin qüvvəyə minəcəyi və -başına "şahin" mövqeli birinin gələcəyi gözləntisi, investorlar üçün ABŞ aktivlərinin cazibəsini artırır.
Qərbi Texas nefti (WTI), təxminən altı ayın zirvəsinə yüksələrək 54 dolları, Brent nefti isə, 2015-ci ilin İyul ayından bu yana ilk dəfə 60 dollar səviyyəsini keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















