Türkiyə Bankı Azərbaycanda gəlirlərini artırmağı bacarıb

“Ziraat Bank Azərbaycan” ASC cari ilin 9 ayını 3 milyon 157 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Banka istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə cəmi gəlirlər 11 milyon 327 min manat, o cümldən faiz gəlirləri 8 milyon 307 min manat, qeyri-faiz gəlirləri 3 milyon 20 min manat təşkil edib. Bankın cəmi xərcləri isə 6 milyon 800 min manat olub və nəticədə Bankın 4 milyon 525 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətindən 992 min manat Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb və 376 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bank 9 ayı 3 milyon 157 min manat xalis mənfəətlə başa vurub.
2016-cı ilin 9 ayında “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi gəlirləri 9 milyon 540 min manat (6 milyon 253 min faiz,3 milyon 289 min manat qeyri-faiz), cəmi xərcləri 4 milyon 183 min manat, əməliyyat mənfəəti 5 milyon 357 min manat, xalis mənfəəti isə 5 milyon 516 min manat təşkil etmişdi. Bank ötən il ehtiyatlara ayırma etməmiş, əksinə ehtiyatlardan 160 min manatı azad etmişdi.
30 Sentyabr 2017-ci il tarixində “Ziraat bank Azərbaycan” ASC-nin cəmi aktivləri 167 milyon 796 min manat, cəmi öhdəlikləri 103 milyon 525 min manat, cəmi balans kapitalı isə 64 milyon 271 min manat təşkil edib.
Bank ötən ilin sonunda 132 milyon 195 min manat cəmi aktivlərə, 71 milyon 566 min manat cəmi öhdəliklərə və 60 milyon 630 min manat cəmi balans kapitalına malik idi.
Bankın müştərilərə verdiyi kreditlər 54 milyon 666 min manatdan 70 milyon 150 min manata, depozitlər isə 37 milyon 924 min manatdan 61 milyon 249 min manata yüksəlib.
Bankda fiziki şəxlərin müddətli depozitləri (əhalinin əmanətləri) isə 17 milyon 158 min manatdan 36 milyon 574 min manata qalxıb.
Cari ilin 3-cü rübünün sonunda "Ziraat Bank Azərbaycan" ASC 62 milyon 792 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
