Müzakirələr başladı, nağd ödənişlər minimuma endiriləcək!
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Mərkəzi Bank tərəfindən hazırlanan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin ictimai müzakirəsi təşkil edilib.
“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin ictimai müzakirəsinin açılışını Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı edib.
O bildirib ki, nağdsız ödənişlər e-hökümət, e-ticarət və e-bankçılığın inkişafı yolu biznes mühitinin yaxşılaşması və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına imkan yaradır. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də qeyd olunub ki, maliyyə inklüzivliyinin artırılmasına xidmət edən nağdsız əməliyyatların genişləndirilməsi imkanları mövcuddur.
Vüsal Qasımlı əlavə edib ki, beynəlxalq hesabatlara görə, “dünyanın 100 nağdsız şəhəri” siyahısına salınan Bakı şəhəri tam nağdsız dövriyyəyə keçərsə təxmin edilən ümumi gəlir 1.9 milyard dollar, o cümlədən, istehlakçının gəliri 0.1 milyard dollar, biznes gəlirləri 1.4 milyard dollar, hökumətin gəlirləri 0.4 milyard dollar artar. Bu proses nəticəsində 15 il ərzində məşğulluq 3.5 faiz arta bilər. İİTKM-nin icraçı direktoru bildirib ki, 2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanmasında peşəkar komanda iştirak edib. Layihə ölkədə strateji yol xəritələrinin həyata keçirilməsində və strateji idarəetmənin tətbiqində mühüm rol oynaya bilər.
Daha sonra Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev çıxış edərək ölkədə nağdsız ödənişlərin genişləndirilməsinin hər zaman Mərkəzi Bankın və hökumətin diqqət mərkəzində olduğunu vurğulayıb və bu məsələnin bu gün də aktual olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində konkret tapşırıq verilib. Tapşırıqdan irəli gələrək, Mərkəzi Bank tərəfindən “MasterCard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin inkişafına mane olan amillərin müəyyən edilməsi üzrə geniş analitik təhlil və diaqnostika işləri aparılan, beynəlxalq təcrübə əsasında hazırlanan təkliflər işçi qrupuna daxil olan aidiyyatı hökumət qurumları ilə, o cümlədən, xidmət provayderləri, banklarla, dövlət qurumları ilə müzakirə edilib.
Beynəlxalq ekspertlərin təklifləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnsititutu da cəlb edilməklə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
Proqramın strateji məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan transaksiyaların əhəmiyyətli genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan transaksiya xərclərinin azaldılmasıdır.
“MasterCard Advisors” bölümünün Cənub Şərqi Avropa üzrə rəhbəri Selin Bahadırlı layihə çərçivəsində rəqəmsal iqtisadiyyatın formalaşdırılması və rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə ölkədə qeyri-neft sektoru üzrə nağd iqtisadiyyatı şərtlləndirən amillərin fundamental təhlilinin nəticələri, maliyyə bazarlarının mövcud vəziyyəti, nağdsız hesablaşmaların inkişafına mane olan institusional faktorlar barədə məlumat verib. Layihənin yekunu kimi hazırlanan dövlət proqamında qabaqcıl beynəlxalq təcrübə əsasında rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması, rəqəmsal ödənişlər üzrə marifləndirmə və təbliğatın təşkili olmaqla dörd istiqamət üzrə 18 prioritet və bütövlükdə 60-dan çox tədbir müəyyən edilib.
Geniş müzakirələrdən sonra təqdim edilən dövlət proqramının layihəsinin verilən təkliflər və tövsiyyələr nəzərə alınmaqla bir daha yenidən işlənilməsi qərara alınan və eyni zamanda nəzərdə tutulan tədbirlərin icrasına nəzarət, monitorinq və bütövlükdə layihənin idarəedilməsi mexanizmlərinin hazırlanması təklifləri irəli sürülüb.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 d. əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
8 d. əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
-
- 20 d. əvvəl
-
1 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Ən çox oxunanlar
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib

























