Dünyanın ən bahalı almaz daşının qiyməti bəyənilmədi
"The Art of Grisogono" adı verilən, 404 karatlıq işlənməmiş daşdan kəsilən 163.41 karatlıq rəngsiz almaz boyunbağı İsveçrədə 34 milyon dollara satılıb və "D color" seqmentində dünyanın ən bahalısı olub
163.41 karatlıq hamar D rəngi almaz, zümrüd və brilyantdan zənciri ilə birlikdə vergi və komissiyalar xaric 33.8 milyon dollar qarşılığında satılıb.
"Marja" xəbər verir ki, "The Art of Grisogono" adı verilən ləl-cəvahirat bir hərracda satılan ən böyük almaz olması ilə bərabər, öz növündə tarixin ən bahalısı olub.
"Christie's" tərəfindən satılan məhsul üçün, auksion evinin rəhbəri Rahul Kadakia, D rəng şkalasında üçün dünya rekordu olduğunu bildirib.
ANQOLADA ÇIXARILIB
D sinfi, almazda rəng dərəcəsini bildirən göstəricilərdən biridir və almazın tamamilə rəngsiz, buna görə də, çox nadir olduğunu göstərir. Almaz, keçən il fevral ayında Anqolada kəşf edilmiş və 404 karatlık bir daş kəsilmişdi. Mütəxəssislər sözügedən almazın dünyanın kəşf edilən ən böyük 27-ci işlənməmiş xam almazı olduğunu bildirir.
İsveçrəli "De Grisogono" tərəfindən hazırlanan ləl-cəvahirat üçün düz 1700 saat sərf edilib, ancaq 34 milyon dollara yaxın satış qiyməti bəyənilməyib. Tobias Kormind adındakı zərgər satışın 50 milyon dolların üzərində olması lazım olduğunu bildirir.
Digər tərəfdən, "Christie's" hərracı kimin qazandığını açıqlamayıb, alıcının telefonla hərraca qatıldığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























