"Bitcoin "qumarının" sonu 300-400 min dollar aralığı olacaq"
Xəbər verdiyimiz kimi, dünən gecə Bitcoin-də ikinci fyuçers əməliyyatlarına dünyanın ən böyük birja şirkəti "CME Group" başladı. Bitcoin Yanvar müqavilələrinin qiyməti tarixdə ilk dəfə 20 min dolları keçdi, sonradan isə 19 min dollar səviyyəsinə qayıtdı.
Bitcoin ötən həftə ilk dəfə Çikaqodakı CBOE birjasında uzunmüddətli əməliyyata açılmış və çox sürətli bir hərəkət nümayiş etdirmişdi. CBOE Birjasında "XBT" kodu ilə əməliyyata açılan Bitcoin fyuçers müqavilələri qısa müddətdə təxminən 15 faiz artım qeyd etmişdi.
ÇILĞIN PROQNOZ
"Marja" xəbər verir ki, Bitcoin-də bu hərəkətlilik baş verərkən, "Standpoint Research"ün banisi Ronnie Moas çox parlaq bir proqnoz verib. İyul ayında Bitcoin 2 min 600 dollar səviyyəsində olan zaman, Maos virtual pulun 5 min dollara qalxacağını demişdi. Sonra, Bitcoin-in əvvəlcə 20 min dolları keçəcəyini iddia edən Moas, sonra isə 6 ədədli rəqəmlərə çatacağını proqnozlaşdırıb. Moas, CNBC telekanalına verdiyi açıqlamada yeni hədəfin 300-400 min dollar aralığı olduğunu bildirib.
Moas, "Mən mövcud səviyyədən 500%-lik artım daha nəzərdə tuturam" - deyib.
Moas, belə davam edib:
"Məncə Bitcoin üçün oyunun sonu 300-400 min dollar aralığı olacaq və dünyadakı ən dəyərli pul vahidi halına gələcək. Dünyada yalnız 21 milyon ədəd Bitcoin olacaq və rəqəmsal pul vahidi üçün artacaq tələbat qiymətləri bu səviyyəyə qaldıracaq.
Dünya üzərində nə qədər qızıl olduğunu bilmirəm, amma nə qədər Bitcoin olduğunu bilirəm. İki il ərzində dünyada 300 milyon insanın Bitcoin sərmayəçisi olacağını düşünürəm. Tələb və təklif arasındakı bu ziddiyət də qiymətləri yuxarı qaldıracaq".
XƏBƏRDARLIQLAR DA ARTIR
Moasın bu çılğın gümanının əksinə, kripto pul vahidi ilə bağlı xəbərdarlıqlar da bitmək bilmir. Bitcoin-lə bağlı "şar" xəbərdarlıqları artır, Hollandiyada baş verən və böyük bir maliyyə fəlakətilə nəticələnən "Lalə dəliliyi" xatırladılır.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
5 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
5 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 6 saat əvvəl
-
6 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
























