Bank of Baku-dan bir ilk!
Xarici bank kartlarına pul göndərmək mümkün oldu!
Ölkənin bank sektorunda hər zaman öz yenilikləri ilə tanınan və bununla da sektorunun innovatoru hesab edilən Bank of Baku, daha bir ilkə imza atıb.
Bank, bu dəfə İnternet Bankçılıq vasitəsilə xarici bank kartlarına pul göndərmə imkanını təqdim edib.
Belə ki, Bank of Baku-nun İnternet Bankçılıq proqramından istifadə edən şəxslər, Bank of Baku və ya digər banka aid kartlarından vəsaitlərini,
- “Bank of Baku” kartlarına,
- Ölkədaxili digər bank kartlarına,
- Xarici bank kartlarına
“Money Send” xidməti vasitəsilə asanlıqla və təhlükəsiz formada göndərə biləcəklər.
Bankın gətirdiyi əsas YENİLİK - kartdan-karta xaricə pul göndərmə imkanı vasitəsilə müştərilər xarici bank kartlarına da pul göndərə biləcəklər.
Yəni, Bank of Baku-nun İnternet Bankçılıq istifadəçiləri istər Bank of Baku, istərsə də digər yerli bankların kart hesablarından xarici bank kartlarına istədikləri vaxt kartdan-karta pul köçürməsi edə biləcəklər.
Bir plastik kartla aparılan köçürmə məbləğinin gündəlik limiti 1.700 AZN (1.000 USD ekv.), aylıq limiti isə 17.000 AZN (10.000 USD ekv.) təşkil edir.
Qeyd edək ki, müştərilər İnternet Bankçılıqdan istifadə etməklə sadəcə kartdan-karta deyil, eyni zamanda Contact Təcili Pul köçürmə sistemi vasitəsilə də təcili pul köçürmələrini həyata keçirər bilərlər.
Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya filiala müraciət etməklə qoşulmaq olar.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
2 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
3 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 3 saat əvvəl
-
4 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib




























