Azərbaycanda 2 bank bu il qeyri-faiz mənfəəti əldə edib
Bu il oktyabrın 1-nə qədər Azərbaycanda fəaliyyət göstərmiş 31 bankdan 29-nun yanvar-sentyabr ayları üzrə qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib.
Yalnız 2 bank - "Azərbaycan Beynəlxalq Bankı" və "Günay Bank" bu il qeyri-faiz mənfəəti əldə edə bilib. Bu bankların qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən müvafiq olaraq 344,287 milyon manat və 2,803 milyon manat çox olub. Qalan 29 bank isə qeyri-faiz əməliyyatlarında müsbət saldoya nail ola bilməyib.
9 aylıq mənfi saldonun ən yüksək həddi "Unibank"da (58,177 milyon manat), ən aşağı həddi isə "Naxçıvan Bank"da (0,001 milyon manat) qeydə alınıb.
Ümumilikdə, mənfi saldo 5 bankda 0-1 milyon manat arasında, 14 bankda 1-10 milyon manat arasında, 10 bankda isə 10 milyon manatdan çoxdur.
№ | Bankın adı | Bankın 9 aylıq qeyri-faiz mənfəəti (milyon manatla) |
1 | Azərbaycan Beynəlxalq Bankı | 344,287 |
2 | Günay Bank | 2,803 |
3 | Naxçıvan Bank | -0,001 |
4 | AGBank | -0,347 |
5 | Pakistan Milli Bankı - Bakı | -0,728 |
6 | Bank Respublika | -0,811 |
7 | İran Milli Bankı - Bakı | -0,944 |
8 | Bank Avrasiya | -1,136 |
9 | Zıraat Bank Azərbaycan | -1,405 |
10 | Azərbaycan Sənaye Bankı | -1,416 |
11 | AFB Bank | -1,741 |
12 | NBC Bank | -1,832 |
13 | Rabitə Bank | -1,867 |
14 | Bank VTB Azərbaycan | -3,206 |
15 | Bank Silk Vey | -4,320 |
16 | Amrah Bank | -4,500 |
17 | Turan Bank | -6,184 |
18 | Yapı Kredi Bank Azərbaycan | -6,655 |
19 | Bank BTB | -7,882 |
20 | Azər-Türk Bank | -8,541 |
21 | Muğan Bank | -9,617 |
22 | Kapital Bank | -10,712 |
23 | Express Bank | -11,474 |
24 | PAŞA Bank | -13,382 |
25 | Nikoyl Bank | -13,459 |
26 | Atabank | -15,834 |
27 | Xalq Bank | -16,933 |
28 | Bank of Baku | -17,335 |
29 | Dəmir Bank | -23,199 |
30 | Access Bank | -55,911 |
31 | Unibank | -58,177 |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























