19 bank mənfəət, 11 bank zərər açıqladı - SİYAHI - YENİLƏNİB
31 Yanvar 2018-ci il tarixinədək Azərbaycanın 30 bankının hamısı 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja”nın araşdırmasına görə, 2017-ci ili 30 bankdan 19-u xalis mənfəət, 11-i isə xalis zərər ilə başa vurub.
Ən çox mənfəət əldə edən bank Azərbaycan Beynəlxalq Bankıdır. Özəl banklar arasında isə “Kapital Bank”, “PAŞA Bank” və “Xalq Bank” ən çox xalis mənfəət əldə etmiş banklardır.
Qeyd edək ki, 2016-cı illə müqayisədə ötən il zərər edən bankların sayı azalıb. Ötən ili zərər ilə bağlamış bankların bir çoxunun 2018-ci ili mənfəətlə başa vuracağı gözlənilir. Zərərdə olan banklardan bir neçəsi (“AccessBank”, “Bank Respublika”, “Bank of Baku”) kapitalın artırılacağını bəyan edərək 2018-ci ilə olduqca pozitiv yanaşdıqlarını bəyan ediblər.
Daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Adı | Xalis mənfəət, manatla | Xalis zərər, manatla |
1. “ACCESSBANK” QSC | - | 56 milyon 380 min |
2. “AFB BANK” ASC |
| 12 milyon 186 min |
3. "AGBank” ASC | - | 6 milyon 688 min |
4. “Amrahbank” ASC | - | 8 milyon 601 min |
5. “AtaBank”ASC | 362,3 min | - |
6. “Azərbaycan Beynəlxalq Bankı” ASC | 806 milyon 4 min |
|
7.“Azərbaycan Sənaye Bankı” ASC | 4 milyon 357 min |
|
8. “Azər-Türk Bank” ASC | 1 milyon 144 min |
|
9. “Bank Avrasiya” ASC | 6 milyon 351 min | - |
10. “Bank of Baku” ASC | - | 35 milyon 428 min |
11. Bank “BTB” ASC | 687 min | - |
12. “Bank Respublika” ASC | - | 10 milyon 518 min |
13. BANK SİLK VEY ASC | 1 milyon 600 min | - |
14. BANK VTB (AZƏRBAYCAN) ASC | 4 milyon 753 min | - |
15. “Expressbank” ASC | 2 milyon 26 min | - |
16. “GünayBank“ ASC | 4 milyon 100 min |
|
17. ASC “XALQ” Bankı | 17 milyon 606 min |
|
18. “Kapital Bank” ASC | 94 milyon 839 min |
|
19. Melli İran Bankı Bakı filialı | 6 milyon 923 min |
|
20. “Muğanbank” ASC | - | 6 milyon 341 min |
21. “Naxçıvanbank” ASC | 4 milyon 7 min | - |
22. “NBCBank” ASC | 2 milyon 914 min |
|
23. “NİKOYL” İKB ASC |
| 2 milyon 708 min |
24. Pakistan Milli Bankının Bakı Filialı |
| 104 min 910 |
25. “Paşa Bank” ASC | 58 milyon 994 min |
|
26. “Rabitəbank” ASC | - | 11 milyon 563 min |
27. “TURANBANK” ASC |
| 725 min |
28. “UNİBANK” ASC | 4 milyon 44 min |
|
29. “Yapı Kredi Bank Azərbaycan” QSC | 10 milyon 110 min |
|
30. "Ziraat Bank Azərbaycan" ASC | 4 milyon 63 min |
|
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























