2 bank ötən il qeyri-faiz mənfəəti əldə edib
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 28-nin ötənilki qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib.
Yalnız 2 bank - "Azərbaycan Beynəlxalq Bankı" və "Günay Bank" ötən il qeyri-faiz mənfəəti əldə edə bilib. Bu bankların qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən müvafiq olaraq 332,321 milyon manat və 4,195 milyon manat çox olub. Qalan 28 bank isə qeyri-faiz əməliyyatlarında müsbət saldoya nail ola bilməyib.
İllik mənfi saldonun ən yüksək həddi "Access Bank"da (81,65 milyon manat), ən aşağı həddi isə "Naxçıvan Bank"da (0,016 milyon manat) qeydə alınıb.
Ümumilikdə, mənfi saldo 2 bankda 0-1 milyon manat arasında, 14 bankda 1-10 milyon manat arasında, 12 bankda isə 10 milyon manatdan çoxdur.
№ | Bankın adı | Bankın illik qeyri-faiz mənfəəti (milyon manatla) |
1 | Azərbaycan Beynəlxalq Bankı | 332,321 |
2 | Günay Bank | 4,195 |
3 | Naxçıvan Bank | -0,016 |
4 | Pakistan Milli Bankı - Bakı | -0,941 |
5 | Bank Avrasiya | -1,320 |
6 | İran Milli Bankı - Bakı | -1,483 |
7 | NBC Bank | -2,890 |
8 | Zıraat Bank Azərbaycan | -2,313 |
9 | Bank Respublika | -3,278 |
10 | Rabitəbank | -3,304 |
11 | Azərbaycan Sənaye Bankı | -3,705 |
12 | AFB Bank | -3,901 |
13 | AGBank | -6,245 |
14 | Amrah Bank | -6,381 |
15 | Bank Silk Vey | -6,698 |
16 | Turan Bank | -8,645 |
17 | Bank BTB | -9,684 |
18 | Yapı Kredi Bank Azərbaycan | -9,892 |
19 | Azər-Türk Bank | -11,421 |
20 | Kapital Bank | -13,232 |
21 | Muğan Bank | -13,947 |
22 | Bank VTB Azərbaycan | -15,318 |
23 | Express Bank | -17,234 |
24 | Nikoyl Bank | -18,491 |
25 | Atabank | -20,670 |
26 | Bank of Baku | -24,567 |
27 | PAŞA Bank | -26,518 |
28 | Xalq Bank | -27,690 |
29 | Unibank | -39,073 |
30 | Access Bank | -81,650 |
© Renkinq
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
10 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
11 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 12 saat əvvəl
-
12 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
























