Türkiyənin ixracı rekord qırıb
Türkiyə İxracatçılar Birliyinin məlumatlarına görə, Mart ayında ixrac keçən ilin eyni ayı ilə müqayisədə 11,5% artaraq 15 milyard 106 milyon dollara yüksəlib.
"Marja" Biriyin məlumatına istinadən xəbər verir ki, 2018-in Mart ayında Türkiyənin ixracat tarixindəki ən yüksək ixrac reallaşıb. Həmçinin tarixdə ilk dəfə aylıq ixrac 15 milyard dollar səviyyəsini keçib.
2018-ci ilin Yanvar-Mart dövründə Türkiyənin ixracı 10,4% artımla 40,7 milyard dollara çatarkən, 12 aylıq ixrac 10,5% artımla 160 milyard dollara yaxınlaşıb.
Mart ayında ən çox ixracı 3,1 milyard dollarla avtomobil sektoru edib. Bu sektorun ixracı Mart ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 16,1% artıb. Avtomobil sektorunun ardınca 1,7 milyard dollarla hazır geyim və 1,6 milyard dollarla kimyəvi maddələr sektorları gəlir.
Ölkənin il sonunda hədəfi 170 milyard dollardan çox ixraca nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























