Tramp kritik siyahını bu həftə açıqlayır
ABŞ Prezidenti Donald Tramp, gömrük vergisi tətbiq edəcək Çin məhsullarının siyahısını bu həftə açıqlayacaq.
"Marja" xəbər verir ki, başlıca olaraq Çinin texnologiya məhsullarının yer alması gözlənilən siyahının açıqlanmasının ardından, iki nəhəng iqtisadiyyat arasındakı ticarət müharibəsinin daha da güclənəcəyi gözlənilir.
ABŞ Ticarət Nümayəndəliyi (USTR), Prezident Trampın Çin məhsullarına tətbiq edəcəyini açıqladığı və 50 milyard dollar dəyərindəki illik gömrük vergisinin "xüsusilə yüksək texnologiya" məhsullarına yönəldildiyini və yeni vergilərin iki ay ərzində həyata keçirilməsinin gözlənildiyini açıqlayıb.
ABŞ, əqli mülkiyyət hüquqlarının Çin tərəfindən "iqtisadi olmayan üsullarla" transfer edildiyini iddia edir.
ABŞ iddia edir ki, Çin ABŞ şirkətlərini birgə şirkət yaratmağa məcbur edir, texnologiya sahəsində ədalətli olmayan lisenziya qaydaları tətbiq edir və Amerikanın texnologiya şirkətləri dövlət maliyyəsi ilə satın alınr.
Çin iddiaları rədd edir.
Bu gündən Çin, ABŞ Prezidenti Donald Trampın alüminium və polad idxalına gömrük vergisi tətbiqi qərarına cavab olaraq olaraq, bu ölkədən idxal edilən 128 məhsula 25%-ə qədər əlavə gömrük vergisi tətbiq edib. Gömük vergisi tətbiq edilən idxalın kommersiya böyüklüyü 3 milyard dollardır. Məbləğ kiçik olsa da iki ölkə arasında ticarət müharibəsinin artıq başladığı və daha da güclənə biləcəyi vurğulanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















