Nə baş verdi ki, bankların aktivləri artıb?
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistikadan məlum olur ki, 2018-ci ilin fevral ayı ərzində Yanvar ayının sonu ilə müqayisədə bank sektorunun aktivləri aktivləri 1.2% (329 milyon manat) artıb.
"Marja"nın məlumatına görə, rəqəmlərin müqayisəsi göstərir ki, bankların müştərilərə verdiyi kreditlər azalıb. Bəs nə dəyişdi ki, bankların aktivləri artıb?
Bankların aktivlərinin artmasının əsas səbəbləri nağd vəsaitlərin, Mərkəzi Bankda müxbir hesablardakı vəsaitlərin və digər aktivlərin artması olmuşdur.
Ötən ilin Fevral ayının sonu ilə müqayisədə bankların qiymətli kağızlara investisiyaları kəskin artıb.
(mln manatla)
Aktivlər | 28.02.2018 | 31.01.2018 | 28/02/2017 |
1. Nağd vəsaitlər | 1,295.9 | 1,243.4 | 1,086.1 |
2. Mərkəzi Bankda müxbir hesablar* | 2,739.9 | 2,165.7 | 2,704.3 |
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) | 1,781.5 | 1,872.6 | 1,882.7 |
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər | 7,814.4 | 8,073.8 | 7,161.4 |
5. Qiymətli kağızlar | 2,471.6 | 2,486.5 | 367.3 |
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər | 242.6 | 257.4 | 429.4 |
6.1 Xalis kreditlər | 192.4 | 207.1 | 382.6 |
7. Müştərilərə verilən kreditlər | 11,147.2 | 11,242.2 | 15,395.9 |
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 1,469.9 | 1,485.5 | 1,711.5 |
7.2 Xalis kreditlər | 9,677.3 | 9,756.6 | 13,684.4 |
8. Əsas vəsaitlər | 858.2 | 859.3 | 795.4 |
9. Qeyri-maddi aktivlər | 127.5 | 127.9 | 111.3 |
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 1,540.1 | 1,376.8 | 2,243.6 |
11. Cəmi aktivlər | 28,498.8 | 28,169.7 | 30,419.2 |
* Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla
(mln manatla)
Öhdəliklər | 28.02.2018 | 31.01.2018 | 28/02/2017 |
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) | 17,140.3 | 16,914.6 | 16,212.0 |
1.1 Fiziki şəxslərin depoziti | 7,737.2 | 7,482.5 | 7,084.3 |
1.1.1 müddətli | 5,262.8 | 5,225.5 | 5,508.9 |
1.1.2 tələbli | 2,474.4 | 2,257.0 | 1,575.4 |
1.2 Hüquqi şəxslərin depoziti** | 9,403.1 | 9,432.1 | 9,127.7 |
1.2.1 müddətli | 1,827.8 | 1,810.8 | 4,286.8 |
1.2.2 tələbli*** | 7,575.3 | 7,621.3 | 4,840.9 |
2. Mərkəzi Bankın banklara qarşı tələbləri | 497.5 | 501.7 | 865.5 |
3. Loro hesablar | 190.7 | 216.8 | 981.3 |
4. Maliyyə institutlarının depozitləri | 1,428.2 | 1,476.4 | 3,922.8 |
5. Bankların kreditləri | 217.2 | 142.5 | 2,035.3 |
6. Digər maliyyə institutlarının kreditləri | 1,885.8 | 1,825.1 | 2,204.3 |
7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar | 1,852.3 | 1,852.7 | 398.2 |
8. Digər passivlər | 1,401.6 | 1,438.1 | 1,153.2 |
9. Cəmi öhdəliklər | 24,613.6 | 24,367.9 | 27,772.7 |
KAPİTAL | 28.02.2018 | 31.01.2018 | 28/02/2017 |
10. Xüsusi kapital | 3,635.6 | 3,558.2 | 2,328.5 |
11. Ümumi ehtiyatlar | 249.6 | 243.6 | 318.0 |
12. Cəmi kapital | 3,885.2 | 3,801.8 | 2,646.6 |
13. Cəmi öhdəliklər və kapital | 28,498.8 | 28,169.7 | 30,419.2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















