Ən kiçik banklardan biri oldu - GƏLİRLƏRİ DƏ XƏRCLƏRİNİ ÖDƏMİR
VTB Bank (Azərbaycan) 2018-ci ilin 1-ci rübünü 247 milyon 412 min manat zərər ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, VTB Bank (Azərbaycan)-ın da gəlirləri xərclərini ödəmir. Belə ki, ilk rübdə Bankın faiz gəlirləri 2 milyon 128 min manat, faiz xərcləri isə 5 milyon 722 min manat təşkil edib. Nəticədə Bankın 3 milyon 594 min manat faiz zərəri yaranıb.
Bank qeyri-faiz əməliyyatları üzrə 1 milyon 474 min manat zərər edib. Üstəlik Bankın qeyri-faiz xərcləri 4 milyon 913 min manat təşkil edib. Nəticədə Bankın 9 milyon 981 min manat xalis əməliyyat zərəri yaranıb. Həmçinin Bank 237 milyon 430 min manat da ehtiyatlara ayırıb. Ayırma ilə bankın zərəri 247 milyon 412 min manata yüksəlib. Ehtimal ki, əməliyyat zərəri Bankın öz kapitalı hesabına bağlanıb.
2017-ci ildə də Bank VTB-nin xərcləri gəlirlərindən çox olmuş və 32 milyon 552 min manat əməliyyat zərəri yaranmışdı. Bank zərərini ehtiyatların bir hissəsinin gəlirə çevrilməsi hesabına bağlamışdı.
VTB Bank (Azərbaycan)-ın səhmdar kapitalı 315 milyon 815 min manat olsa da, yığılmış 258 milyon 506 min manat zərər ilə əlaqədar olaraq bankın cəmi kapitalı 58 milyon 234 min manata düşüb. 31 Mart 2018-ci il tarixində Bankın məcmu kapitalı 56 milyon 585 min manat təşkil edib.
AKTİVLƏRİ KƏSKİN AZALIB
Artıq VTB Bank (Azərbaycan) 151 milyon 669 min manatlıq aktivləri ilə ən kiçik banklardan biridir. Aktivlərin 64 milyon 841 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ilin sonunda VTB Azərbaycan 397 milyon 211 min manat cəmi aktivlərə və 281 milyon 176 min manat cəmi kredit portfelinə malik idi. Kredit portfelinin kəskin azalması bankın kiçilməsinə səbəb olub.
Bankın öhdəlikləri isə 357 milyon 93 min manatdan 93 milyon 434 min manata düşüb. Öhdəliklərin azalmasının səbəbi VTB Bank (Azərbaycan)-ın digər maliyyə müəssisələrinin kreditlərini qaytarması və digər bankların depozitlərini geri götürmələridir.
I rub 2018 | |
| İlin əvvəlindən hesabat tarixinə qədər |
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi | 2 128,13 |
Faizlər və onlara bağlı xərclər, cəmi | 5 721,94 |
Xalis faiz mənfəəti (zərəri) | - 3 593,81 |
Qeyri-faiz gəlirləri, cəmi | - 1 474,05 |
Qeyri-faiz xərcləri, cəmi | 4 913,94 |
Xalis əməliyyat mənfəəti (zərəri) | - 9 981,80 |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 237 430,41 |
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) | - 247 412,21 |
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi |
|
Vergilər ödənilənədək xalis mənfəət (zərər) | - 247 412,21 |
Mənfəətdən ödənilən vergilər |
|
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) | - 247 412,21 |
AKTİVLƏR | |
| I RUB 2018 |
Nağd vəsaitlər | 18 163,53 |
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar) | 56 779,60 |
Banklara verilmiş kreditlər | - |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi | 2 751,72 |
Qiymətli kağızlara investisiyalar |
|
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) | 64 841,94 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər | 995,55 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi |
|
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | 1 649,01 |
Digər aktivlər | 6 487,87 |
CƏMİ AKTİVLƏR | 151 669,21 |
ÖHDƏLİKLƏR | |
Depozitlər | 47 720,10 |
AMB-nın banka qarşı tələbləri, cəmi | 29 998,33 |
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi | 117,81 |
Banklar və digər maliyyə institutlarının kreditləri | 3 298,12 |
Bankların depozitləri | 103,95 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi | 10 080,00 |
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri |
|
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) |
|
Digər passivlər | 2 116,02 |
CƏMİ ÖHDƏLİKLƏR | 93 434,33 |
KAPİTAL | |
Xüsusi kapital, cəmi | 57 308,28 |
a) dövriyyədə olan adi səhmlər | 315 815,00 |
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla) |
|
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq |
|
d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi | - 258 506,72 |
Ümumi ehtiyatlar, cəmi | 926,61 |
Cəmi kapital | 58 234,89 |
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL | 151 669,21 |
| I rüb 2018 |
|
|
I dərəcəli kapital : | 57 308,28 |
Adi səhmlər | 315 815,00 |
Keçmiş illərin mənfəət/zərəri | - 11 094,52 |
Cari ilin zərəri | - 247 412,21 |
I dərəcəli kapitaldan tutulmalar | 1 649,01 |
Tutulmalardan sonra I dərəcəli kapital | 55 659,26 |
II dərəcəli kapital : |
|
Ümumi ehtiyatlar | 926,61 |
Cari ilin mənfəət | - |
Kapitalın digər vəsaitələri | - |
II dərəcəli kapitalın cəmi | 926,61 |
Məcmu kapital | 56 585,88 |
Risk dərəcəsi üzrə ölçülmuş aktivlər | 159 481,28 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
7 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
7 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
8 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
























