Kredit ittifaqlarının cinayət əməlləri törətdikləri iddia olunur
"Mirqasım Kredit İtifaqı” nın vəzifəli şəxslərinin vətəndaşları aldatdığı iddia olunur.
İmişli rayon sakini Yusubov Zülfi Mirələm oğlu “Marja”ya müraciətində bildirib ki, evini girov qoyaraq “Mirqasım Kredit İtifaqı”ndan 7500 manat kredit götürüb. O, borcunu ödəsə də ittifaq evini qaytarmır:
“Yazaraq Sizə bildirmək istərdim ki, İmişli Rayon Prokurorluğuna aşğıda qeyd etdiyim hadisə ilə bağlı dəfələrlə müraciətlər ünvanlamışıq. “Mirqasım Kredit İtifaqı” nın vəzifəli şəxsləri məni və mənim kimi digər vətəndaşları aldadaraq əmlaklarını “İcraçı Kredit Agentliyi”ində yüklü edərək külli miqadarda vəsait cəlb edərək mənimsəmişlər. Hal-hazırda “Mirqasım Kredit İtifaqı” nın vəzifəli şəxsləri bizim əmlakları girovdan azad edib geri qaytarmaqdan boyun qaçırırlar. Təəsüf hissi ilə qeyd etmək istəyirəm ki, İmişli Rayon Prokurorluğunda isə bu məsələ ilə bağlı heç bir ciddi araşdırma hələ də aparılmamışdır. Yəni “Mirqasım Kredit İtifaqı” nın vəzifəli şəxsləri üzrə dindirilmə həyata keçirilməmişdir. Buna misal olaraq “Mirqasım Kredit İtifaqı”nın vəzifəli şəxsləri olan təşkillatın Baş Mühasibi Umudov Yusif Həsən oğlu, İdarə Heyyətini Üzvləri Tağıyev Ağan Miryusif oğlu, Nağıyev Qalib Qaraseyid oğlu , İtifaqının Kredit Komisiyasının sədri Həsənov Şamil Muğbil oğlu, İtifaqının Kredit Komisiyasının üzüvləri Nağıyev Mirtohid Qalib oğlu, Tağıyev Mirusub Qaraseid oğlu, Kredit İtifaqınınMüşahidə Şurasının Sədri Nağıyev Qalib Qaraseyd oğlu, Kredit İtifaqınınMüşahidə Şurasının Üzvləri Əzimov Emin Əlikram oğlu, Əliyev Qılıcxan İsbərxan oğlu, Həsənova Pərvanə Qara qızı, Kredit İtifaqının Təsisçiləri və digər vəzifəli şəxsləri cinayyət məsuliyyətindən kənarda qalmışlar. Məlumat üçün onuda qeyd istəyirəm ki, sonrakı illərdə “Mirqasım Kredit İttifaqı” nın vəzifəli şəxsləri tərəfindən cinayyət məsuliyyətindən yayınmaq üçün struktur dəyişikliyidə aparıla bilər. Amma “Mirqasım Kredit İttifaqı” bizim əmlaklarımızı yüklü edərək vəsait cəlb etmək üçün yuxarıda adlarını və vəzifələrini qeyd etdiyim qaydada “İcraçı Kredit Agentliyi” nə təqdim etmişdir. Çünki “İcraçı Kredit Agentliyi”indən vəsait cəlb etmək üçün lazım olan sənədlərdən biridə təşkilatın sturukturu haqqında rəsmi sənəd təqdim olunmalıdır.
Bundan başqa qeyd etmək istəyirəm ki, bizləri aldadaraq əmlakımızı girova qoyduğu “İcraçı Kredit Agentliyi”ndən cinayyət yolu ilə əldə etdiyi nağd pul vəsaitini “Mirqasım Kredit İttifaqı” hansı təyinata istifadə etmələri üzrədə heç bir araşdırma aparılmamışdır. Digər tərəfdən isə “İcraçı Kredit Agentliyi” tərəfindən tələbə olunan sənədləri, yəni ittifaqın üzüvlərinə verilmiş kredit müqavilələrini “Mirqasım Kredit İttifaqı”nın vəzifəli şəxsləri təqdim etməkdən boyun qaçırırlar. Əgər “İcraçı Kredit Agentliyi”nə lazımı sənədlər təqim olunarsa bizim əmlakların girovdan azad olunmasına zəmin yaradacaqdır.
“Mirqasım Kredit İtifaqı” ilə “İcraçı Kredit Agentliyi” arasında bağlanmış kredit müqaviləsinə əsasən “Mirqasım Kredit İtifaqı”nın vəzifəli şəxsləri “İcraçı Kredit Agentliyi”dən cinayyət yolu ilə əldə etdikləri vəsaiti sırf İttifaqın üzvlərininə kredit vəsaitinin ayrılmasına istifadə olunmalıydı. Buradan aydın görünür ki, “Mirqasım Kredit İtifaqı”nın vəzifəli şəxsləri “İcraçı Kredit Agentliyi”indən əldə etdikləri vəsaiti kreditin təyinatı üzrə deyil cinayyət yolu ilə şəxsi məqsədləri üçün istifadə etmişlər. Buna zəmin yardan əsəs səbəb isə yuxarıdada qeyd etdiyim kimi “İcraçı Kredit Agentliyi” tərəfindən tələb olunan sənədləri “Mirqasım Kredit İtifaqı”nın vəzifəli şəxsləri təqdim etməkdə boyun qaçırmalarıdır.
Qeyd etmək istəyirəm ki, Kütləvi İnformasiya Vasitələri üzərindən araşdırma apardığımız zaman bizə məlum oldu ki, eyni əməllər üzrə Azərbaycan Respublikasının digər bölgələrində eləcədə İmişli rayonunda yerləşən bir sıra Kredit İtifaları tərəfindən cinayyət yolu ilə “İcraçı Kredit Agentliyi”ndən vəsait cəlb olunmuşdur. Həmin Kredit İtifaqlarıda vətandaşları aldadaraq əmlaklarını “İcraçı Kerdit Agentliyi”ndə yüklü edərək, külli miqdarda vəsaiti cəlb edərək şəxsi məqsədləri üçün mənimsəmişlər. Cinayyət işinin istintaqı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmışdır. İstintaq zamanı vətəndaşlara dəymiş ziyanın ödənilməsi təmin olunmuşdur. Burdan məlum olur ki, Azərbaycan Respublikasında Eləcədə İmişli Rayonunda bu kimi cinayyət əməllərindən əziyyət çəkən şəxslər tək bizlər deyilik.
Sizlərdən xahişim budurki bu məlumatı saytınızda yerləşdirmək, digər tərəfdən bizim qalmaqalı problemimizin həllinə kömlik göstərəsiniz. Gələcəkdə bu kimi cinayyət əməllərindən bizim kimi sadə vətəndaşlarda əziyyət çəkməsin”.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
14 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
14 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 15 saat əvvəl
-
15 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib


























