“PAŞA Bank”ın xalis mənfəəti 64% artıb
“PAŞA Bank” ASC 2018-ci ilin birinci yarısını 22 milyon 162 min manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin anoloji dövrü ilə müqayisədə 64% çoxdur. Müqayisə üçün qeyd edək ki, “PAŞA Bank” ötən ilin birinci yarısını 13 milyon 531 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın yerli standarlar əsasında hazırlanmış hesabatına istinadən xəbər verir ki, cari ilin birinci rübündə 6 milyon 532 min manat təşkil etmiş xalis mənfəət, ikinci rübdə 15 milyon 630 min manata yüksəlib.
“PAŞA Bank”ın faiz və qeyri-faiz gəlirləri azalıb. 2018-ci ilin yanvar-iyun dövründə PAŞA Bankın faiz gəlirləri 80 milyon 769 min manat, qeyri-faiz gəlirləri 13 milyon 162 min manat təşkil edib. 2017-ci ilin birinci yarısında Bankın faiz gəlirləri 87 milyon 283 min manat, qeyri-faiz gəlirləri 29 milyon 575 min təşkil etmişdi. Qeyri-faiz gəlirlərinin kəskin azalmasının səbəbi xarici valyuta əməliyyatlarından gəlirlərin azalmasıdır. Belə ki, xarici valyutadan xalis gəlirlər 23 milyon 481 min manatdan 6 milyon 312 min manata düşüb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Gəlirlərin azalması ilə bərabər, faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata ayırma da azalıb və nəticədə bankın mənfəəti artıb. Belə ki, “PAŞA Bank” ötən ilin birinci yarısında ehtiyata 37 milyon 192 min manat ayırmışdı. Cari ilin 6 ayı ərzində bu rəqəm 14 milyon 100 min manat təşkil edib.
AKTİVLƏRİ 4 MİLYARD MANATA YAXINLAŞIR
30 İyun 2018-ci il rarixində “PAŞA Bank” ASC 3 milyard 901 milyon 761 min manat cəmi aktivlərə, 3 milyard 538 milyon 403 min manat cəmi öhdəliklərə və cəmi 363 milyon 358 min manat balans kapitalına malik olub. Bank 2017-ci ilin sonunda 3 milyard 551 milyon 787 min manat cəmi aktivlərə, 3 milyard 149 milyon 76 min manat cəmi öhdəliklərə və 402 milyon 711 min manat cəmi balans kapitalına malik idi.
KREDİT PORTFELİ 1 MİLYARD MANATI KEÇİB
Ötən ilin sonunda 943 milyon 99 min manat olmuş kredit portfeli (müştərilərə verilmiş kreditlər) 30 İyun 2018-ci il tarixində 1 milyard 37 milyon 236 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
12 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
12 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR


















