Müştərilərə verdiyi kreditlər 1 milyard manat səviyyəsini aşdı
2018-ci ilin 2-ci rübündə “PAŞA Bank” ASC-nin müştərilərə verdiyi kreditlər 1 milyard manat səviyyəsini keçib.
“Marja” Bankın yerli standarlar əsasında hazırlanmış hesabatına istinadən xəbər verir ki, 30 İyun 2018-ci il tarixində Bankın müştərilə verdiyi kreditlər 1 milyard 37 milyon 236 min manat təşkil edib. Bu rəqəm 30 İyun 2017-ci il tarixində 819 milyon 948 min manat, 31 Dekabr 2017-ci il tarixində 943 milyon 99 min manat, 31 Mart 2018-ci il tarixində isə 977 milyon 875 min manat idi. İllik müqayisədə müştərilərə verilən kreditlər 217 milyon 288 min manat və ya 26,5% artıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
30 İyun 2018-ci il tarixində “PAŞA Bank”ın 3 milyard 901 milyon 761 min manat aktivlərinin 1 milyard 126 milyon 128 min manatını kredit təşkilatlarından alınacaq məbləğlər təşkil edib. Ötən ilin sonunda bu məbləğ 1 milyard 446 milyon 557 min manat idi.
QİYMƏTLİ KAĞIZLARA İNVESTSİYALAR 2 DƏFƏ ARTIB
“PAŞA Bank”ın qiymətli kağızlara investisiyaları kəskin artıb. Ötən ilin sonunda 395 milyon 944 min manat olmuş investisiyalar 30 İyun 2018-ci il tarixində 816 milyon 779 min manata çatıb (2,06 dəfə artıb).
Xəbər verdiyimiz kimi, “PAŞA Bank” ASC 2018-ci ilin birinci yarısını 22 milyon 162 min manat xalis mənfəətlə başa vurub Ətraflı:http://marja.az/news/27710
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























