İş adamı AZAL-ı fırıldaqçılıqda ittiham edib
"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) onlayn qaydada bilet alan bəzi sərnişinlər ciddi problemlərlə üzləşdiklərini bəyan ediblər.
Bəzi sərnişinlər sosial şəbəkələrdə qeyd ediblər ki, onlayn qaydada bilet alsalar da bəzən texniki problemdən səfərlərini reallaşdıra bilmirlər. Azərbaycanın sığorta bazarında tanınmış mütəxəssis, tanınmış biznesmen Xəyal Məmmədxanlı "Facebook" sosial şəbəkəsində yazıb ki, onlayn qaydada Naxçıvana bilet alsa da aviaşirkətdən asılı olan səbəblərə görə o, səfər edə bilməyib. Onun sözlərinə görə, Naxçıvana uçuş vaxtını düzgün qeyd etsə də Bakıya uçuşun tarixində texniki səhvə yol verib. Xəyal Məmmədxanlı bildirib ki, bu amil onun Naxçıvana getməsinə mane olub və AZAL texniki səhvi nəzərə almayıb. Tanınmış biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham edib.
"28 Mayda yerləşən kassada 90-cı illərdə olduğu kimi növbədə dayanmamaq üçün biletlərimi onlayn aldım, ödənişi də kartla etdim. Bu gün saat 13:10-da J2 253-cü reyslə uçmalı və gecə geri qayıtmalı idim. Hava limanında qeydiyyata yaxınlaşdım, bileti təqdim etdim. Adımın sistemdə olmadığını dedilər. Kassaya yaxınlaşdım, sistemə baxdılar və məlum oldu ki, sistem mənim ilk öncə Naxçıvandan Bakıya gəlməli olduğumu, sonra Bakıdan Naxçıvana uçmalı olduğumu qeyd edib. Halbuki, mənim əlimdəki biletdə sıralama əksinədir. Tutaq ki, mən Naxçıvandan Bakıya uçuş tarixini səhv qeyd etmişəm, 26 iyul yox, 25 iyul yazmışam, axı Bakıdan Naxçıvana uçuş reysi ki, düz qeyd olunub. Mənə cavab verildi ki, siz Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz. Bununla da mənim Naxçıvanda planlaşdırılan bütün görüşlərim təxirə düşdü və günüm məhv oldu. Elektron müraciət etdim, 25 % cərimə ilə biletin pulunu qaytaracaqlarını dedilər", - deyə X.Məmmədxanlı vurğulayıb.
O, təyyarə biletinə görə AZAL-a ödədiyi pulun 33 gün ərzində geri qaytarılmasını da düzgün saymadığını bəyan edib.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, problem sərnişinin etdiyi səhvdən qaynaqlanır: "Bu, təkcə AZAL-ın qaydası deyil. Əgər sərnişin bir tərəfə uçuşu həyata keçirməyibsə, avtomatik olaraq onun qayıdışı da ləğv edilir. Bu, ikitərəfli biletlər üzrə dünyada qəbul olunmuş qaydadır. AZAL beynəlxalq uçuşlar həyata keçirirsə, deməli onun qaydaları da beynəlxalq səviyyədə olmalıdır. Bu, beynəlxalq qaydalardır və biz bir şirkət olaraq onu tətbiq etməyə məcburuq. Bunu bizdən tələb edirlər".
Bəzi sərnişinlər onlayn qaydada alınan biletə görə hava limanında qeydiyyat zamanı onlardan ödənişin aparıldığı plastik kartların tələb olunmasından da şikayət edir. P.Kəsəmənski bu qaydanın da beynəlxalq tələblərə uyğun olduğunu deyir: "Onlayn şəkildə bilet alınarkən plastik kartın tələb edilməsi məcburi təhlükəsizlik qaydasıdır. Bu, kibertəhlükəsizlik baxımından bütün aviaşirkətlər və onlayn satışla məşğul olan şirkətlər tərəfindən tətbiq edilir. Çünki, plastik kart oğurlana bilər və bununla bilet almağa cəhd ola bilər. Bu, bütün dünyada tətbiq olunan qaydadır. Əgər qeydiyyatdakı soyad və ad uyğun deyilsə, tamamilə fərqlidirsə, onlar qeydiyyatda olan şəxsdən bu plastik kartın göstərilməsini tələb edə bilər".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
15 d. əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
2 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 2 saat əvvəl
-
12 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
13 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 13 saat əvvəl
-
13 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
13 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
13 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
Rəsmi məzənnələr açıqlandı
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Ən çox oxunanlar
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















