Dollar mühüm valyutalar qarşısında kəskin bahalaşıb
Dollar, mühüm bazar pulları qarşısındakı yüksəlişini davam etdirir.
"Marja" xəbər verir ki, ABŞ Dolları, G - 10 pulları qarşısında gündəlik əməliyyatlarda kəskin yüksəlib. Yen xaric, bütün mühüm valyutalar qarşısında dəyər qazanan dollar, ilin əvvəlindən bu yana yen istisna olmaqla bütün G - 10 pullarından yaxşı performans göstərib.
Avro/dollar məzənnəsi, həftənin son iş günündə kəskin düşüb (Dollar bahalaşıb, Avro ucuzlaşıb). Məzənnə, Bakı vaxtı ilə saat 11:00-da təxminən 0.60 faiz minusda 1.1456 səviyyəsində olub.
Funt-sterlinq qarşısında da güclənən dollar 1.2774-ə qədər gəlib.
Dolların mühüm valyutalar qarşısındakı gedişini təqib edən Dollar İndeksi 96 bəndini aşıb. Son iş günündə 0.56 faiz artımla 96.049 səviyyəsinə yüksələn indeks, ilin əvvəlindən bəri təxminən 4.1 faiz artıb.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Dolların qlobal miqyasda bahalaşamasına Fed-in faiz artıracağı gözləntiləri təsir göstərir. Fed-in ən "göyərçin" rəsmilərindən biri olan Fed-in Çikaqo şöbəsinin sədri Çarlz Evans, faizin artırılmasının lehinə mövqe nümayiş etdirməyə başlayıb. Evans, Cümə axşamı günü Fed-in faizləri "bir az məhdudlaşdırıcı səviyyələrə" yüksəltməsi lazım olacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















