Bakıda bu metro stansiyası açılanda qatarların hərəkətində əsaslı dəyişiklik olacaq
Paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək.
Bu barədə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, stansiya istismara veriləndən sonra qatarların hərəkətində əsaslı dəyişiklik olacaq:
"İlk növbədə, stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Hazırda xətdə qatarlar iki stansiya – "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət edir. Ümumi kompleksinin uzunluğu təqribən 370 metr olan 3-cü stansiyadan sonrakı sahədə 193.91 metr uzunluğunda dönmə kamerası inşa olunur. Bu isə stansiya istismara veriləndə qatarların dövrə vuraraq hərəkətini təmin edəcək".
Qurum rəsmisi bildirib ki, hazırda stansiya kompleksinin inşaatında dəmir-beton konstruksiya işləri başa çatdırılıb: "Kommunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib. Stansiyanın yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb. Bundan sonrakı mərhələdə isə quraşdırma işləri başlanacaq".
O əlavə edib ki, stansiyanın uzunluğu 166.98 metr olacaq: "Xəttin digər iki stansiyası kimi B3 də 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub".
B.Məmmədov bildirib ki, stansiyada 2 su anbarının və nasosxanaların, həmçinin havalandırma şaxtasının tikintisi yekunlaşmaq üzrədir: "Daxili havalandırma sisteminin də əsas işləri 40 faiz yerinə yetirilib. Stansiya 3 səviyyədən ibarət olacaq. Fiziki imkanları məhdud sərnişinlər üçün burada da liftlər quraşdırılacaq. Bundan əlavə, 17 eskalator da sərnişinlərin stansiyaya enib-qalxmasına xidmət edəcək. Perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur".
Metropoliten rəsmisi deyib ki, "Memar Əcəmi" stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərdə Bakı Metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal quraşdırılacaq:
"Həmin beton yarımşpallar "Bakı Metropoliteni" QSC-nin özündə istehsal olunur və bu şpalların ağac şpalla müqayisədə üstünlüyü çoxdur: ömrü daha uzundur, qulluğu daha asandır, keyfiyyətcə yerli geoloji şəraitə daha uyğundur və s. Hazırda yolların 1300 metrdən artıq hissəsi qoyulub. Qeyd edək ki, yol mənzilinin uzunluğu bir tuneldə 1259 m, digərində 1281 metrdir".
Tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 34 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
-
50 d. əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 3 saat əvvəl
-
13 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
14 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
Rəsmi məzənnələr açıqlandı
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
Ən çox oxunanlar
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib



























