Metronun bu stansiyası 1 ilə yaxın bağlı olacaq
"Bakı Metropoliteni" QSC-nin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.
"Marja" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.
"Xətai" stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri mərhələli şəkildə həyata keçirilir. Təmirin 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də “Xətai-Cəfər Cabbarlı” mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılıb.
Yenidənqurma işlərinin ikinci mərhələsi çərçivəsində "Xətai" stansiyasının 2-ci baş yolu və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı təmir və yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir. İstismar müddətini başa vuran eskalatorların yenilənməsi, eləcə də vestibülün və digər infrastrukturun əsaslı təmir olunması məhz bu mərhələnin davamı kimi nəzərdə tutulub.
Eskalatorların dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə cari ilin fevral ayında başlanılıb, əsaslı təmir və yenidənqurma prosesinin qrafikə uyğun, keyfiyyətlə yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanıb.
Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.
"Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.
Qarşıdakı müddət ərzində həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.
"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edir ki, “Xətai” stansiyası bu il sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin gələn il avuqstun 10-da başa çatdırılması nəzərdə tutulub.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək", - deyə açıqlamada qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 d. əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
-
7 d. əvvəl
“PAŞA Sığorta” başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
-
-
15 d. əvvəl
“Cisco” ilə Azərbaycanda regional mərkəz və akademiya müzakirə edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
1 saat əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası


























