"Bank sektorundan müsbət siqnallar alırıq"
“Azərbaycan əhalisinin banklarla bağlı borc yükünün müəyyən çərçivəyə salınması ilə bağlı addımlar atılır. Artıq bu addımlar nəticəsini verib”.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov Bakıda keçirilən 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku-2018" tədbirində deyib.
Bundan başqa, sözlərinə görə, bank sektorunda aparılan islahatlar nəticəsində ötən ilin II yarısından etibarən bank sektorundan müsbət siqnallar almaq mümkün olub: "Son 1 ildə Azərbaycan banklarında əhalinin əmanətləri 16% artıb. Dedollarşma göstəricisi ilin əvvəlindən 66.7%-dən 63%-ə enib.
Bu il banklar 3,7 mlrd. kredit verib ki, bunun 2 mlrd. manatı biznes kreditləridir. Kreditləşmənin 70%-i manatla həyata keçirilib.
Bankların səhmdarları 1,5 mlrd. manatlıq kapital ineksiyası həyata keçirb ki, bunun da 500 mln. manatı son 1 ilin payına düşüb. Bu ilin əvvəlindən isə 348 mln. manatlıq kapital ineksiyası həyata keçirilib. Hazırda maliyyə sektorunun aktivlərinin 97%-i banklara, 2,4%-i sığorta şirkətlərinə, 0,6%-i isə qiymətli kağızlar bazarının iştirakçılara məxsusdur. 30 bankdan 15-i xarici kapitallıdır".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 13 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























