Çindən ucuz idxal və yüksək rüsum yerli şirkətə çətinliklər yaradır - NAZİRLİYƏ MÜRACİƏT OLUNUB
Çindən idxal olunan keyfiyyətcə aşağı və ucuz məhsullar Azərbaycanda ilk polimer örtüklü dəmir rulon istehsalçısı olan “Prometal” şirkəti üçün çətinliklər yaradır.
Şirkətdən "Marja"ya bildirilib ki, Çindən idxal olunan keyfiyyətcə aşağı və ucuz polimer örtüklü rulonlar yerli şirkətin maksimal yüklənməsini təmin etməyə imkan vermir: "Bir çox ölkələrdən (Türkiyə, Rusiya, Özbəkistan, Belorusiya, Kazaxstan, Ukrayna və s.) fərqli olaraq Azərbaycanda Çindən idxal olunan polimer örtüklü dəmir rulonlara heç bir antidempinq vergi rüsumu tətbiq olunmur. Bu da, "Prometal" şirkəti üçün müəyyən çətinliklər yaradır".
Bununla yanaşı boya və kimyəvi maddələr ölkəyə gətirilərkən “Prometal” şirkəti 15% rüsum ödəməli olur. Arzu olunan güzəştlər planı hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur. Bu güzəştlər olarsa, “Prometal” şirkəti maya dəyərini bir qədər də azaldacaq və yerli bazara münasib qiymətli, keyfiyyətli məhsullar təklif edə bilər. Əlavə olaraq, şirkətin ixracetmə qabilliyyəti yüksələcək və yaxın gələcəkdə Qazaxıstan və Gürcüstan kimi ölkələrin bazarlarına daxil olacaq.
Öncə xəbər verildiyi kimi, “Prometal” şirkəti Bakıda polimer örtüklü qalvanizli dəmirin istehsalına başlamışdır. “Prometal” şirkəti İqtisadiyyat Nazirliyindən verilən “investisiyaların təşviq sənədi”-dən yararlanaraq, tikinti dövründə avadanlıqların idxalı zamanı mühüm güzəştlər əldə etmişdir. Zavod Avstraliya şirkəti ‘’Bronx International”ın qurğuları ilə təchiz olunub, hansı ki, ildə 50 min ton istehsal həcminə malikdir. Buraxılan çeşid 0.18-0.8mm qalınlıqlı polimer örtüklü rulonlardır. Qeyd edək ki, dam örtükləri, sendviç panellər, polad tavanlar, məişət texnikası və fasad materialları hazırlanan zaman polimer örtüklü dəmir rulonlar xammal kimi istifadə olunur. Bu günə qədər örtüklərdən parlaq poliester, matt poliester və məxməri poliester istehsalı da uğurlu şəkildə həyata keçirilmişdir.
İDXALI QİSMƏN YERLİ İSTEHSAL İLƏ ƏVƏZ EDİB
Metal biznesi üzrə dünyaca məşhur ‘’Metal Expert’’ xəbər portalının verdiyi məlumata görə, Azərbaycanda ilk polimer örtüklü dəmir rulon istehsalçısı olan “Prometal” şirkəti avqust ayında 1700 ton polimer örtüklü dəmir rulon istehsal edərək, ölkəyə idxal olunan eyni adlı malı qismən yerli istehsal ilə əvəz etmişdir.
Avqust ayında istehsal edilən polimer örtüklü dəmir rulonların göstəricisi iyul ayına nisbətən 30% daha çox olmuşdur.
“Prometal” şirkəti aprel ayında yaranmasına baxmayaraq, məhsul istehsalını 2 dəfə artırmışdır və milli brend kimi öz yüksək keyfiyyəti ilə alıcıların güvənin qazana bilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 31 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
-
47 d. əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 3 saat əvvəl
-
13 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
14 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
Rəsmi məzənnələr açıqlandı
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
Ən çox oxunanlar
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib

























