"Ticarətlə bağlı gərginliklər risk törədir"
Asiya regionunun əksər inkişaf etməkdə olan ölkələrində iqtisadi artım yüksək daxili tələbat, dəyişkən neft və qaz qiymətləri və Hindistanın iqtisadi artımının bərpasının möhkəmlənməsinə görə stabil olaraq qalır. Lakin ticarətlə bağlı gərginliklərin eskalasiyası region ölkələri arasında ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində səylərin vacibliyini vurğulayaraq, regionun dayanıqlığını sınaqdan keçirəcək – Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında belə deyilir.
2018-ci il üzrə Asiyanın İnkişafı ilə bağlı İcmal (Aİİ) adlı əsas illik iqtisadi nəşrinin yeniləməsində AİB regionun ümumi daxili məhsulunun (ÜDM) 2018-ci ildə 6 faiz artacağı proqnozunu qoruyub-saxlayır. 2019-cu il üzrə iqtisadi artım proqnozu 0,1 faiz azalaraq 5,8 faizə düşür.
“Bölgədəki iqtisadi artım Çin Xalq Respublikası (ÇXR) və Hindistanda yüksək daxili tələbatın da töhfə verdiyi xarici çağırışlara yönəlmişdir” – AİB-in baş iqtisadçısı cənab Yasuyuki Sauvada belə deyib. “Davamlı iqtisadi artım üçün ən böyük risk ticarətlə bağlı gərginliklərin daha da artmasının səbəb olduğu beynəlxalq istehsal münasibətlərinin pozulmasından irəli gəlir, lakin Asiyanın iqtisadi artımı bu vaxta qədər həyata keçirilmiş ticarət tədbirlərinin birbaşa təsirlərinə dayanıqlı qalmalıdır.”
Yüksək daxili tələbat regionun ən iri iqtisadiyyatlarını yönəldir, qaz və neftin dəyişgən qiymətləri isə Qazaxıstan kimi enerji ixrac edən ölkələrdə iqtisadi artımı stimullaşdırır. Lakin meydana çıxan çağırışlar regionun gələcək iqtisadi artım trayektoriyasında qeyri-müəyyənliklər formalaşdırır. Ticarətlə bağlı artan gərginliklərlə yanaşı, güclənən qlobal likvidlik qarşıdakı ilin perspektivlərini daha da qeyri-müəyyən edə bilər.
Sənaye iqtisadiyyatlarının iqtisadi artımı aprel 2018-ci ilin proqnozu saxlanmaqla 2018-ci ildə 2,3 faizə və 2019-cu ildə 2 faizə çatacaq. İstehlakçı xərcləmələri və iş yerlərinin yaradılması Birləşmiş Ştatlarda güclü iqtisadi artıma səbəb olur. Lakin avro məkan və Yaponiyada iqtisadi artımın bərpası ilin əvvəlində ləng idi, bu da 2018-ci ilin iqtisadi proqnozlarını bir qədər azaldaraq düzəlişlər etməyə vadar edir. ABŞ-ın inflyasiyanın qarşısını almağa davam etmək məqsədilə maliyyə şərtlərini sağlamlaşdırması gözlənilir.
Sabit daxili istehlak və xidmətlərin sürətlə genişlənməsi ÇXR-da ilin ilk yarısında güclü iqtisadi nəticələr nümayiş etdirməyə yardım etmişdir. 2018-ci il üzrə iqtisadi artım icmalı 6,6 faiz olmaqla dəyişməz qalır, lakin 2019-cu il üçün düzəliş edilərək 6,3 faizə qədər azaldılır, bu da daxili tələbatın artımının azalması və ticarətlə bağlı artan gərginlik riskini əks etdirir. Maliyyə və fiskal tədbirlərlə dəstəklənən təklif yönümlü islahatlar iqtisadi artımın davam etməsinə yardım edəcək – hesabatda belə deyilir.
Hindistanın iqtisadiyyatı yüksək iqtisadi artımı davam etdirir. Onun iqtisadi artımla bağlı proqnozları 2018-ci il üzrə 7,3 faiz və 2019-cu il üzrə 7,6 faiz olmaqla dəyişməzdir, çünki iri əskinazların demonetizasiyası və milli mal və xidmət vergisinin tətbiqinin müvəqqəti təsirləri gözlənildiyi kimi öz rolunu oynayır. Artan neft qiymətlərinin təsiri güclü daxili tələbat və xüsusilə, istehsalın artan ixracı ilə kompensasiya olunur. Rupinin dəyərdən düşməsi və volatil xarici maliyyə bazarları sürətlə artan inflyasiya kimi çağırışları meydana çıxarır, baxmayaraq ki, güclü maliyyə siyasəti inflyasiya təzyiqlərinin yatızdırılmasına yardım edəcək.
İqtisadi artım 10 cənub-şərqi Asiya ölkəsinin 6-da yavaşıyır, bunun da əvvəlki proqnozla müqayisədə 0,1 faiz azalaraq, 2018-ci ildə 5,1 faiz artacağı gözlənilir. Xalis ixrac İndoneziya, Filippin, Tayland və Vyetnamda iqtisadi artımı yavaşıdır, çünki idxalat dövlət infrastrukturuna investisiyaları dəstəkləmək məqsədilə azalmışdır. İqtisadi artım aprel 2018-ci il proqnozuna uyğun olaraq, 2019-cu ildə 5,2 faiz qeyd olunmalıdır, baxmayaraq ki, azalma riskləri intensivləşmişdir.
Neft və təbii qazın yüksək qiymətləri artan ixrac və investisiyalarla birgə Mərkəzi Asiyada bir qədər yüksək iqtisadi artımı yönləndirir, bunun da bu il 4,1 faizə çatacağı gözlənilir. Əksinə, Sakit okeanı regionunun sadəcə 1,1 faiz – Papua Yeni Qvineyada zəlzələnin mənfi təsirləri və Timor-Lestedə dövlət xərcləmələrinin çatışmaması nəticəsində əvvəlki proqnozun yarısı qədər böyüyəcəyi gözlənilir.
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin inflyasiyanın qarşısını almaq məqsədilə faiz dərəcəsini hazırda gözləniləndən də sürətlə artırması lazım gələrsə, region üçün risklərə maliyyə şokları da daxildir. Lakin ən böyük risk biznes əlaqələri sərtləşdiyindən və investisiya planları ləğv edildiyindən sərhədlərarası istehsal şəbəkələri üzrə ticarət münaqişəsinin kəskinləşməsinin təsiridir. Xüsusilə, cənub-şərqi Asiya olmaqla bəzi iqtisadiyyatlar ticarətin onlara yönəlməsi nəticəsində orta müddətdə bərpa olunmağa nail olsa da, təsirlərin dolayı yayılması etibarı və regionda investisiyaları azalda bilər. Beləliklə, Asiya ölkələri tərəfindən regionda və ondan kənarda ticarət sazişlərinin yaradılması istiqamətində həyata keçirilən səylər artan proteksionizm üçün mühüm əks mövqe nümayiş edir.
AİB ifrat yoxsulluğun aradan qaldırılması istiqamətində səylərini davam etdirərkən çiçəklənən, inkluziv, dayanıqlı Asiya və Sakit okeanı regionunun formalaşdırılması əzmindədir. 1966-cı ildə yaradılmış təşkilatın 67 üzvü var, bunlardan 48-i regionda yerləşir. 2017-ci ildə AİB-in fəaliyyətlərinin dəyəri 11,9 milyard dollar birgə maliyyələşdirmə də daxil olmaqla 32,2 milyard dollar olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
1 gün əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
1 gün əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif















