İlon Mask birja dələduzluğunda ittiham olunur: Tesla-nın idarəçiliyi təhlükədə
Amerika Birləşmiş Ştatlarının Qiymətli kağızlar və Birja Komissiyası, elektrikli avtomobil istehsalçısı Tesla-nın sahibi İlon Maskı (Elon Musk) dələduzluqda günahlandırır.
"Marja" BBC-yə istinadən xəbər verir ki, Komissiya, Maskın, Tesla səhmlərini geri toplamaq və birjadan çıxmaq üçün maliyyə mənbəyi tapdığına dair açıqlamasının "doğru olmadığını və yanlış istiqamətverici" olduğunu bildirir.
Məhkəmə ilə, Maskın, səhmləri birjada alınıb-satılan bir şirkətə rəhbərlik etməsinin qadağan edilməsi tələb edilir. 47 yaşlı Cənubi afrikalı biznesmen, keçən ay şirkət səhmlərini geri yığmaq üçün lazım olan maliyyə vəsaiti tapdığını açıqlayaraq, iş dünyasında böyük rezonans yaratmışdı. Məşhur sahibkar, haqqında qaldırılan iddianın ədalətli olmadığını, "doğrunun, şəffaflığın və investorların yaxşılığı üçün" hərəkət etdiyini bildirib.
Mask açıqlamasında, "Dürüstlük, mənim həyatımdakı ən mühüm dəyər olmuşdur və bunu heç vaxt mübahisə mövzusu etmədiyim məlumdur" - deyib.
İlon Mask, şirkət səhmlərini toplamaq üçün investorlara, bir səhm üçün mövcud dəyərindən 20% artığı olan 420 dollarlıq ödəniş edəcəyini bildirmişdi.
Qiymətli kağızlar və Birja Komissiyası, Maskın əslində, hər hansı bir fond ilə müqavilə bağladığı bir yana, belə bir müqavilənin konturları haqqında məlumat vermədiyini qeyd edir. İlon Mask, uzun müddətdir ki, Tesla qarşısında qısa mövqe alan investorları (səhmlərin ucuzlaşacağını gözləyənlər) tənqid edir və bu mövqeyin şirkətin real işinə diqqət yetirməsinin qarşısında bir mane olduğunu deyirdi.
Ancaq Mask, "Twitter" üzərindən etdiyi açıqlamasından həftələr sonra, investorların tövsiyələri ilə səhmləri geri almaq planından imtina etdiyini bildirib. Birja Komissiyası, açıqlama ilə birjaya və investorlara zərər verildiyini qeyd edərək, yaranan "ciddi qarışıqlıq" səbəbindən cərimə də tələb edir.
Mask, ABŞ-ın kosmos raketi istehsalçısı "SpaceX" şirkətinə də rəhbərlik edir. .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
-
19 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
30 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
44 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
49 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti




























