Səudiyyədə büdcə kəsirinin 34,1 milyard dollara düşəcəyi proqnozlaşdırılır
Səudiyyə Ərəbistanında 2019-ci il üçün büdcə kəsirinin 34,1 milyard dollara geriləməsinin və dövlət borclarının 17,7% artmasının gözlənildiyi açıqlanıb.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd el-Cedan, paytaxt Ər-Riyadda 2019-cu ilin büdcə layihəsi üçün keçirdiyi mətbuat konfransında, büdcə xərclərinin 1 trilyon 106 milyard rial (294,9 milyard dollar) olmasını güman etdiklərini söylədi.
Cedan, gəlirlərin isə 978 milyard rial (260,8 milyard dollar) olmasını nəzərdə tutduqlarını qeyd edib.
Ölkə üçün ötən il 52 milyard dollar olan büdcə kəsirinin bu il 34,1 milyard dollara düşəcəyini təxmin edildiyi qeyd edilib.
Səudiyyə Ərəbistanının tarixində ilk dəfə şəffaflığı təmin etmək məqsədilə büdcə təqdimat iclası keçirilib.
Dövlət borcunda 17,7 faiz artım
Bununla yanaşı Maliyyə Nazirliyi Twitter hesabında ötən ilə nisbətən dövlət borclarının 17,7 faiz artaraq 678 milyard riala çatmasını (180,8 milyard dollar) təxmin etdiklərini açıqlayıb.
2014-cü ildə xam neftin qiymətinin düşməsilə Səudiyyə Ərəbistanı iqtisadi problemlər yaşamağa başladı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
-
19 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
30 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
44 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
49 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti




























