İranda əhali "qara bazar"a axın edib - BU DƏFƏ DOLLAR SATMAQ ÜÇÜN
İranda Dolların sürətli şəkildə 17 min tüməndən 10 min tümən səviyyəsinə (170 min rialdan 100 min riala) düşməsilə əhali "qara bazar"a axın edib.
"Marja" xəbər verir ki, Dolların daha çox düşməsindən narahat olan insanlar, paytaxt Tehran başda olmaqla bir çox şəhərdə gecə yarısı dollarını dəyişmək üçün küçələrə çıxıblar. Səhər saatlarında artıq dolların alışı dayandırılıb.
Dolların düşməsinə İran Mərkəzi Bankının açıqlaması səbəb olub. Açıqlamaya görə, bundan sonra 10 xidmət sektoruna Dollar 8 min tüməndən satılacaqdır.
Dolların sürətli ucuzlaşmasına, İranda dövlətə yaxın medianın "dollar düşür" xəbərlərinin də təsiri olduğu bildirilir.
Digər tərəfdən, səhər saatlarında 10 min tümənə zəifləyən dolların günortadan sonra təkrar 15 min səviyyələrinə qalxdığı da bildirilir.
İranda mart ayında 4 min 500 tümən səviyyəsində olan dollar, ABŞ-ın nüvə müqaviləsindən çıxmasından sonrakı bir neçə ayda 8-10 min tümənə çıxmış, hökumətin tədbirlərinin işə yaramaması ilə son günlərdə 17 min səviyyəsini görmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
-
19 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
30 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
44 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
49 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti





























