“AG Bank”ın vəziyyəti məlum oldu

“AG Bank” ASC 2018-ci ilin 9 ayını 6 milyon 122 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank, ötən ilin eyni dövrünü 1 milyon 699 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, Bankın zərəri 3,6 dəfə artıb.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ BAĞLAMIR
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari yanvar-sentyabr dövründə “AG Bank”ın cəmi gəlirləri 37 milyon 163 min manat, cəmi xərcləri 40 milyon 323 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 3 milyon 159 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2 milyon 801 min manat da ayrıldığından zərər 6 milyon 122 min manata yüksəlib.
KAPİTALI AZALIB
Zərər “AG Bank”ın kapitalını silməkdə davam edib. Bankın cəmi balans kapitalı ötən ilin sonundakı 47 milyon 174 min manatdan 42 milyon 18 min manata, məcmu kapitalı isə 44 milyon 572 min manatdan 40 milyon 381 min manata düşüb. Bankın yığılmış zərəri 73 milyon 301 min manata çatıb.
2017-ci yanvar-sentyabr dövründə “AG Bank”ın cəmi gəlirləri 39 milyon 841 min manat, cəmi xərcləri 40 milyon 370 min manat, əməliyyat zərəri 529 min manat təşkil etmişdi. Bank həmin dövrdə ehtiyatlara 1 milyon 40 min manat ayırmışdı.
“AG Bank”ın əməliyyat zərərinin və ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyatlara ayırmasının artdığı diqqəti çəkir. Ehtiyatlara ayırmanın artması Bankda problemli kreditlər böhranının davam etdiyinə işarədir.
FAİZ GƏLİRLƏRİ AZALIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
Ötən ilin 9 ayı ilə müqayisədə “AG Bank”ın faiz gəlirləri 17 milyon 832 min manatdan 13 milyon 700 min manata düşüb, qeyri-faiz gəlirləri isə 22 milyon 9 min manatdan 23 milyon 463 min manata qalxıb. Bankın faiz xərcləri isə 17 milyon 14 min manatdan 12 milyon 995 min manata düşüb, qeyri-faiz xərcləri isə 23 milyon 356 min manatdan 27 milyon 328 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR CÜZİ ARTIB
30 Sentyabr 2018-ci il tarixində Bankın müştərilərə verdiyi kreditlər 285 milyon 93 min manat təşkil edib. Bu məbləğ ötən ilin sonunda 282 milyon 907 min manat idi (0,8% artım). Xalis kreditlər isə 240 milyon 423 min manatdan 244 milyon 892 min manata qalxıb.
30 Sentyabr 2018-ci il tarixində cəmi kredit qoyuluşlarının 147 milyon 190 min manatını vaxtı keçmiş kreditlər təşkil edib. 31 Dekabr 2017-ci il tarixində bu məbləğ 147 milyon 296 min manat idi.
30 Sentyabr 2018-ci il tarixində “AG Bank” 522 milyon 19 min manat cəmi aktivlərə və 480 milyon 1 min manat cəmi öhdəliklərə malik olub. Bank 31 Dekabr 2017-ci il tarixində 488 milyon 403 min manat cəmi aktivlərə və 441 milyon 233 min manat cəmi öhdəliklərə malik idi.
ƏHALİ ƏMANƏTLƏRİNİ GERİ GÖTÜRÜB
"AG Bank"da depozitlər ötən ilin sonundakı 216 milyon 622 min manatdan 246 milyon 791 min manata yüksəlib. Artıma, hüquqi şəxslərin tələbli depozitlərinin 44 milyon 651 min manatdan 91 milyon 262 min manata, fiziki şəxslərin tələbli depozitlərinin isə 47 milyon 172 min manatdan 65 milyon 576 min manata yüksəlməsi səbəb olub. Bankda əhalinin əmanətləri isə (fiziki şəxslərin müddətli depozitləri) 122 milyon 770 min manatdan 89 milyon 149 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 9 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
7 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
