ABŞ-da neft ehtiyatları daha da artıb
Birləşmiş Ştatların neft ehtiyatları artıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,3 milyon barrel (1,5 faiz) artaraq 422,8 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 3,7 milyon barrel çoxalacağı istiqamətində idi.
Əvvəlki həftə ölkənin neft ehtiyatları 6,5 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 1,2 milyon barrel (0,2 faiz) azalaraq 656,5 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları da ötən hesabat həftəsində 4,8 milyon barrel (2,1 faiz) azalaraq 229,3 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,9 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2 milyon barrel azalmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
14 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 15 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















