Hyundai-dan qazandıran Loyallıq kartı - KAMPANİYA
(®) Xidmətlərdən istifadə edərkən xərcləriniz azalacaq
“Hyundai Motor” şirkətinin Azərbaycanda rəsmi distribüteri “Auto Azərbaycan” şirkəti Hyundai sahiblərinə əlavə fürsətlər təqdim etməkdə davam edir.
Bu dəfə Hyundai sahiblərinə Loyallıq kartı təklif edilir.
Loyallıq kartı ilə imtiyazlar sizləri gözləyir. Bu kart servis xidmətləri üzrə xərcləri azaldır. Belə ki, pulsuz təqdim edilən kartı əldə etdikdən sonra hər servisə gəlişinizdə bonusular qazanacaqsınız. Ehtiyat hissəsi aldıqda və ya servis xidmətlərindən istifadə etdikdə loyallıq kartınızın hesabına hədiyyə bonusları yazılacaqdır. Bu bonusları servis xidmətlərinin haqqının və ya ehtiyat hissələrinin dəyərinin ödənilməsində istifadə edə bilərsiniz.
Yalnız fiziki şəxs müştərilərə təqdim edilən Loyallıq kartını http://www.hyundai.az/az/loyalliq-karti İnternet səhifəsindən sifariş vermək mümkündür. Kart müddətsizdir. Loyallıq kartı, rəsmi distribüterdən alınmayan, lakin “Otoplaza” servis mərkəzində xidmət göstərilən bütün Hyundai avtomobili sahiblərinə verilir.
“Loyallıq kartının təklif edilməsində məqsəd müştəri məmnuniyyətini artırmaq, Hyundai sahiblərinin qənaət etmələrinə dəstək olmaq, servis xidmətində onlara “xüsusilik hissi” bəxş etməkdir”,- “Auto Azərbaycan” şirkətinin marketinq direktoru Rauf Cahangirov bildirdi.
Daha ətraflı: http://www.hyundai.az/az/loyalliq-karti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























