"Valyuta ehtiyatlarının idarə olunmasından 75 milyon dollar qazanmışıq"
29 oktyabr 2018-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5 mlrd. 537 mln. dollar təşkil edir. Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, 2018-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 3,8% artıb.
29 oktyabr 2018-ci il tarixinə AMB-nin valyuta ehtiyatları 5 mlrd. 537 mln. həcmində qiymətləndirilir və cari ilin əvvəlindən 203 mln. artıb”, - E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, AMB valyuta ehtiyatlarının istifadəsinə ehtiyatla yanaşır və manatın məzənnəsinin dəstəklənməsi məqsədilə sərf olunmur.
“Cari il valyuta ehtiyatlarının idarə olunmasından 75 mln. dollar məbləğində gəlir əldə etmişik”, - E.Rüstəmov əlavə edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə AMB-nin valyuta ehtiyatları 34,2% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























