Təmir zamanı sağlamlığınızı unutmayın!
(®) “Mətanət A” şirkəti fəaliyyət dairəsini daha da genişlənidirmək məqsədilə "AĞDAĞ" müasir Gip Zavodunun tikilib istifadəyə verib. Çox böyük istehsal gücünə malik olan "AĞDAĞ" müasir Gips zavodu xalqımızın sağlam mühitlə təmin olunmasına xidmət edən "AĞDAĞ" məhsulunu istehsal edir və zavodun istehsal gücünün qarşıdakı illərdə daha da artırılması gələcək planlarımızın əsas spektrini təşkil edir.
Ömrümüzün 90%-ni evlərdə və digər qapalı məkanlarda keçirdiyimizə görə, təmir zamanı bu məkanların divarlarının, tavanlarının sağlamlığımıza necə təsir edəcəyini unutmamalıyıq. Uzun müddətdir ki, ölkəmizdə daxili məkanların təmir işlərində sağlamlığa faydalı olmayan bir vərdiş yaranıb. Çoxları evlərinin və digər məkanların içini qara suvaq ilə suvamaq kimi köhnə bir vərdişə alışıblar. Əslində, qara suvaq ilə suvanmış evlər rütubətli və müxtəlif xəstəliklərə münbit şərait yaradan, sağlamlığa faydalı olmayan bir məkan hesab olunur. Təsadüfi deyil ki, bütün Avropa ölkələri, Almaniya, Türkiyə və digər inkişaf etmiş ölkələrdə çoxdandır ki, bu təmir metodunu qadağan edən çoxsaylı qanunlar da qəbul edilib.
Bəs özümüzün, ailəmizin və bütövlükdə hamımızın sağlamlığına təhlükə olan bu vərdişdən necə qurtulmalı?
Bundan qurtulmaqdan, sağlam bir evdə və məkanda yaşamaqdan ötrü sizin üçün biz "AĞDAĞ" Müasir gips Zavodunu quraraq "AĞDAĞ" məhsulunu yaratdıq.
2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müasir tipli gips zavodu olan "AĞDAĞ" 2007-ci ilin əvvəllərində məhsul itehsalı ilə fəaliyyətə başlamışdır. Zavod qabaqcıl alman texnologiyasına əsaslanır, istehsal prosesi rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə total nəzarət həyata keçirilir. Zavodun nəzdində "AĞDAĞ" Texnoloji Mərkəzi yaradılıb ki, onun da əsas vəzifəsi "AĞDAĞ" məhsulunun unikal keyiyyət parametrlərini müəyyənləşdirmək və keyfiyyətə tam nəzarəti həyata keçirməkdir.
Hal-hazırda bu istehsal sahəsi Azərbaycandakı sürətli iqtisadi inkişafın parlaq nümunələrindən birinə çevrilməkdədir.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 14 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
5 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
6 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
6 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti





















