"AGBank”ın səhmdarı olmaq üçün son 3 gün
"AGBank” ASC-nin səhm emissiyasına abunə yazılışının başa çatmasına 3 gün qaldıb.
Bankın kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 5,8 mln. manat məbləğində 2,9 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır. Yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 26 iyul 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında “Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti 2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.
Bankın səhmlərini almaq istəyən investorlar səhmlərin yerləşdirilməsi ilə əlaqədar bütün informasiyanı “İnformasiya memorandumu”ndan əldə edə bilər. “İnformasiya memorandumu” ilə investorlar “AG Bankın” ASC-nin rəsmi internet səhifəsi www.agbank.az, Bakı Fond Birjasının rəsmi internet səhifəsi www.bfb.az və “Unicapital İŞ” ASC-nin rəsmi internet səhifəsi www.unicapital.az səhifələrindən tanış ola bilər.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
11 d. əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
1 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
1 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
-
2 saat əvvəl
bp Azərbaycanda neftverməni artıracaq layihəni tamamladı - Gücü 20% yüksəldib
-
2 saat əvvəl
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır
17 sahə, 7 il güzəşt, 50% vergi endirimi




























