Azərbaycanda iki yataqda əməliyyat aparan şirkət London Birjasında səhm yerləşdirəcək
Azərbaycanda “Bahar” qaz və “Qum-dəniz” neft yataqlarında əməliyyat aparan ABŞ-ın “Greenfields Petroleum Corporation” şirkəti bu ay London Birjasında 60 mln. dollar səhm yerləşdirmək niyyətindədir.
Bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, əldə olunan vəsait şirkətin balans hesabının artırılması və böyüməsini sürətləndirmək üçün istifadə olunacaq.
Şirkət bu həcmin 40 mln. dollarını 4 il ərzində gündəlik hasilatı 30 min barelə çatdırmaq üçün sərf edəcək.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Bundan başqa, şirkət səhmdarı və ən böyük borcverəni “Vitol Energy” şirkəti ilə “Vitol”un 53,3 mln. dollarlıq borcunun 20 mln. dollarını kapitala çevirməklə bağlı razılıq əldə edib.
Qeyd edək ki, “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan “Bahar Energy Ltd.” şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80% iştirak payına malikdir, qalan 20% isə SOCAR-a məxsusdur. Bu yataqlarda ümumi gündəlik hasilatın həcmi 4 400 barel təşkil edir. Yataqların qalıq ehtiyatları 150 mln. bareldən çox qiymətləndirilir.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
7 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 8 saat əvvəl
-
8 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
8 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
9 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
10 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır



























