“METAK” gəlir və mənfəətini açıqladı
Azərbaycanda borular və fitinqlər istehsalçısı “METAK” şirkəti 2018-ci ilin birinci yarısını 3 milyon 132 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, "METAK" MMC 2017-ci ili 1 milyon 408 min manat xalis mənfəət ilə bağlamışdı. Artıq cari ilin 6 ayında şirkət ötənilki mənfəətindən 2,2 dəfə çox qazanıb.
“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyun dövründə "METAK"ın cəmi gəlirləri 38 milyon 261 min manat, cəmi xərclər 35 milyon 129 min manat təşkil edib. Nəticədə, “METAK” 3 milyon 132 min manat mənfəət əldə edib. Şirkət cari ilin birinci yarısında mənfəət vergisi ödəməyib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Ötən il "METAK" MMC-nin cəmi gəlirləri 70 milyon 639 min manat, o cümlədən məhsul satışından gəliri 70 milyon 601 min manat təşkil etmişdi.
ŞİRKƏT BÖYÜYÜB
30 İyun 2018-ci il tarixində “METAK” 72 milyon 65 min manat cəmi aktivlərə, 22 milyon 886 min manat cəmi öhdəliklərə və 30 milyon 708 min manat cəmi kapitala malik olub. Müqayisə üçün qeyd edək ki, şirkət ötən ilin sonunda 66 milyon 947 min manat cəmi aktivlərə, 39 milyon 862 min manata cəmi öhdəliklərə və 27 milyon 85 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
38 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
42 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır





























