Azərbaycanlı iş adamı Türkiyədəki pulunu geri çəkir
Məşhur iş adamı, vaxtilə Azərbaycanda bir sıra layihələri həyata keçirmiş Yunius Arifoğlu Türkiyədəki yatırımlarını geri çəkir.
90-cı illərin sonunda "Azərsun" holdinqin sədr mavini olan Yunus Arifoğlu Türkiyənin Aydınlıq vilayətindəki 25 milyon lirəlik yatırımını geri çəkir. İndiki məzənnə ilə, bu 4,7 milyon dollar deməkdir.
Türkiyənin Germencik şəhərində 25 milyon lirəlik yatırımla istixana yaradan Yunus bəy konkordato elan etməyə hazırlaşığını bildirir. İş adamı bildirib ki, buna səbəb istehsal zamanı böyük xərclərlə üzləşməsi və bu problemi həll edə bilməməsidir.
Bölgədə geotermal su mənbələri olan "Güriş qrupu"ndan isti su istəyərkən qarşı tərəf ona "Sizə isti su versək bu ərazi istixanalarla dolacaq" cavabını alıb. İş adamı bildirir ki, 150 min lirəlik xərclə həll edilə biləcək məsələni həll edə bilmədiyimizə görə, hər il kömür almağa 1,5 milyon lirə xərcləyir: "Bununla da həm təbiətə zərər vuru, həm də zərər edirik". Problem həll olunmasa ilin sonunda konkordator elan edəcəyin bildirən Y.Arifoğlu "Türkiyədəki yatırımlarımı çəkib ölkəmə gedəcəm"-deyib.
Geotermal su mənbələri arasındakı ərazidə istixanalı olan Y.Arifoğlu bildirir ki, Azərbaycandakı bütün yatırımlarını Türkiyəyə daşıyıb, 2015-ci ildən indiyədək ölkəyə 25 milyon lirə yatırım edib, amma bu problemə görə, hər il 3 milyon lirə zərər edir.
Şirkət sahibi bildirir ki, fəaliyyətini dayandıracağı təqdirdə azı 50 nəfər işsiz qalacaq: "Cəmi 140 metr məsafədən isti su ala bilmiriksə nə edək".

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
50 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
54 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır





























