Avropa Birliyi İtaliyanın büdcəsini rədd edib
Avropa Birliyi (AB), İtaliyaya, 2019-cu il büdcə layihəsində qaydalara əməl olunmadığı və dövlət borcunu salmadığına görə "Həddən Artıq kəsir proseduru" adlı intizam prosesini başladıb.
"Marja" xəbər verir ki, AB Komissiyasının üzvləri Brüsseldə iclas keçiriblər. İclasda, yüksək dövlət borcu və 2019-cu il büdcə layihəsində yüksək kəsir səbəbilə İtaliyaya intizam prosesi başladılıb-başladılmaması məsələsi müzakirə olunub.
Toplantıdan sonra AB Komissiyası, İtaliyanın 2019 büdcə layihəsində həddən artıq yüksək dövlət borcunu aşağı salmağa yönəlmiş fəal tədbir görmədiyi və səbəbdən intizam prosesinin başlanılması qərara alındığını açıqlayıb.
AB qaydalarına görə, üzv ölkələrin büdcə kəsiri ümumi daxili məhsulun (ÜDM) 3%-ndən, dövlət borcları da ÜDM-in 60%-ndən aşağı olmalıdır. Bu sərhədləri aşdıqda həyata keçirəcək tədbirlərin bildirilməsi və buna qarşı fəal mübarizənin yerinə yetirilməsi lazımdır.
Verilən qərar əsasında, İtaliyaya "Hədsiz Büdcə Kəsiri Proseduru" tətbiq ediləcək. Sözügedən prosedurun sonunda İtaliyaya qarşı maliyyə sanksiyalar tətbiq edilməlidir.
İTALİYA İLƏ AB ARASINDAKI "BÜDCƏ" BÖHRANI
İtaliyanın gələn il büdcə kəsirinin təxminən 1,6% səviyyəsində olması hədəflənirdi. Ancaq hökumət, uzun müzakirələr nəticəsində işsizlərə təmin ediləcək vətəndaşlıq gəliri (ehtiyac pulu), pensiya yaşını təkrar salmağa yönəlmiş islahat, bank böhranlarından əziyyət çəkənlərə yardım, vergi əfvi və sabit vergi nisbəti kimi vədlərini həyata keçirmək məqsədi ilə büdcə kəsirini 2,4%-ə qaldırmışdı.
Hökumətin 15 Oktyabrda AB Komissiyasına göndərdiyi büdcə layihəsində, gələn il üçün ÜDM-ə nisbətən büdcə kəsiri hədəfi 2,4 faiz olmuşdu. İtaliya, büdcə kəsirinin 2020-ci ildə 2,1%-ə, 2021-də isə 1,8%-ə endiriləcəyini açıqlamışdı. İtaliyanın bu büdcə planına AB qurumları və üzv ölkələrdən iradlar gəlmişdi.
AB Komissiyası ötən günlərdə İtaliya hökumətinə göndərdiyi məktubda, İtaliyanın 2019 büdcə qanununun Sabitlik və artım Paktı tarixində görünməmiş şəkildə hədəflərdən kənarlaşdığını vurğulamışdı.
AB Komissiyası, 23 Oktyabrda İtaliyanın 2019 büdcə layihəsini, Birliyin maliyyə qaydalarına zidd olduğuna görə rədd etmişdi.
İtaliya Yunanıstandan sonra AB-də milli gəlirə görə ən çox dövlət borcu olan ölkədir. İtalya, borcunu AB qaydalarına əsasən azaltması lazımdır.
Yunanıstanın dövlət borcu, ÜDM-nin 180%-inə uyğun gəlir. Bu nisbət, İtaliyada 130% səviyyəsindədir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
9 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 9 saat əvvəl
-
9 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
10 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
11 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
11 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır





























