Microsoft, Apple-dən "tacını" geri aldı
ABŞ-ın texnologiya nəhəngi Microsoft, əzəli rəqibi Apple-ın bazar dəyərini 8 il aradan sonra aşaraq yenidən dünyanın ən qiymətli şirkəti olub.
"Marja" xəbər verir ki, Microsoft-un Nyu-York Birjasında ticarət olunan səhmləri, çərşənbə günü 3%-dən çox dəyər qazanaraq bir səhmi 110,99 dollara qədər yüksəlib. Şirkətin ümumi bazar dəyəri, səhmlərin bahalaşması ilə təxminən 850 milyard dollara çatıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Beləliklə, əzəli rəqibi Apple-ın 845 milyard dollarlıq bazar dəyərini 8 il sonra yenidən keçən Microsoft, dünyanın ən qiymətli şirkəti adını da geri alıb.
Apple-ın dünyanın ən dəyərli şirkəti mövqeyini itirməsinə, iPhone-lara tələbin azalması və ticarət müharibəsinin tələbə mənfi təsir göstərəcəyi narahatlıqları ilə səhmlərinin son dövrdə ucuzlaşması səbəb olub. Şirkətin səhmləri, son 3 ayda 20%-dən çox dəyər itirərək bir səhmi 171 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
14 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















