“MKT İstehsalat Kommersiya” pambıqçılıq üzrə rekord məhsuldarlıq əldə edib
(®) Dövlət başçısının ölkədə pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq son illərdə Azərbaycanda bu sahadə yüksək nəticələr əldə olunur. Respublika ərazisində pambıq əkin sahələri genişləndirilir, yeni sortlar yetişdirilərək istehsalatda tətbiq olunur və müasir avadanlıq vasitəsilə emalı, daxili və xarici bazarlara çatdırılması təmin edilir.
Ölkənin pambıq və pambıq məhsulları istehsalı və satışı ilə məşğul olan aparıcı şirkəti “MKT İstehsalat Kommersiya” MMC pambıqçılığın inkişafına öz töhfəsini vermişdir. 1995-ci ildən fəaliyyətə başlayan Cəmiyyət ölkənin pambıqçılıqla məşğul olan qabaqcıl rayonlarında (Ağcabədi, Ağdam, Ağdaş, Biləsuvar, Beyləqan, Bərdə, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, Tərtər, Goranboy, İmişli, Ucar, Yevlax, Zərdab) yeni pambıq sortlarının əkilməsi, məhsuldarlığın artması, əlverişli infrastrukturun yaradılması istiqamətində işlər aparmaqda davam edir.
2018-ci ildə yeni texnologiyanın tətbiqi sayəsində 45,000 hektar sahədə, o cümlədən 8800 nəfərdən çox fermerə məxsus 40,000 hektar və şirkətə məxsus 5,000 hektar sahədə pambıq əkilib becərilmişdir. Cari ilin sentyabr ayından etibarən şirkət filial və xüsusi məntəqələrində pambıq qəbuluna başlayıb. Tədarük mövsümünün başlanmasından etibarən “Ağ qızıl” sortları üzrə 118 min tondan çox xam pambıq artıq qəbul edilib. Mövsümün sonunadək filiallarda və pambıq qəbulu məntəqələrində 120 min tondan artıq xam pambığın qəbulu gözlənilir. Bu isə 1 hektar üçün 26.7 sentner orta məhsuldarlıq deməkdir. Qeyd edək ki, bu nəticə ötən ilin göstəricisi ilə müqayisədə 8 sentner çoxdur.
Fermerlərlə təşkil edilmiş qarşılıqlı işgüzar əlaqələr nəticəsində, onlara bu günə qədər pambığın dəyəri olaraq 36 milyon 600 min manat vəsait ödənilmişdir ki, bu da hər hektara 914 AZN məbləğində qazanc deməkdir. Bu münasibətlər getdikcə zənginləşir və doğmalaşır.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə malların ixracına dair dərc olunan reytinqə əsasən, “MKT İstehsalat Kommersiya” MMC 2018-ci ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin siyahısında 2-ci yer tutub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə şirkət ixrac gəlirlərini 28.1 milyon artıraraq 48.1 milyon ABŞ dolları məbləğinə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 30 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
-
46 d. əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 3 saat əvvəl
-
13 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
14 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
Rəsmi məzənnələr açıqlandı
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
Ən çox oxunanlar
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib


























