“İstefaya getsəm "Brexit" ləngiyə, hətta pozula bilər”
Böyük Britaniyanın Baş naziri Tereza Mey ona qarşı etimadsızlıq göstərilməsinə nail olmaq üçün müvafiq proseduru başlayan Mühafizakar Partiyasından olan həmkarlarına cavab verib.
T.Mey istefaya gedəcəyi təqdirdə "Brexit" məsələsinin yubanmasına, hətta tamamilə pozulmasına gətirib çıxaracağını, etimadsızlıq barədə səsvermədə iştirak etmək üçün İrlandiya səfərini təxirə saldığını açıqlayıb.
Digər tərəfdən, bu axşama nəzərdə tutulan səsvermə ərəfəsində Nazirlər Kabinetinin ən nüfuzlu üzvləri baş nazirə dəstək veriblər. Belə ki, Tereza Meyin hökumət başçısı vəzifəsində qalmasına tərəfdar olanlar arasında xarici işlər naziri Ceremi Hant, maliyyə naziri Filip Hammond, daxili işlər naziri Səcid Cavid, əmək və təqaüdlər naziri Ember Radd, ətraf mühit mühafizəsi, ərzaq və kənd təsərrüfatı naziri Maykl Gouv, beynəlxalq inkişaf naziri Penni Mordont var.
Xatırladaq ki, "Brexit" məsələsinə dair danışıqlardan narazı qalan Mühafizəkar Partiyasının nümayəndəri bu gün partiya lideri olan Baş nazir Tereza Meyə qarşı etimadsızlıq göstərilməsi üçün prosedura başlayıblar.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 d. əvvəl
- 29 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























