Beton, sement və kərpic istehsalında böyük artım
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 28,2 faiz artaraq 578,2 milyon manat təşkil etmişdir.
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hörmə üçün hazır beton qarışığının istehsalı 90,9 faiz, sementin istehsalı 21,1 faiz, tikinti kərpicinin istehsalı 7,4 faiz artmış, tikinti əhənginin istehsalı 1,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 29,6 faiz, tikinti gipsinin istehsalı 50,9 faiz azalmışdır.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-noyabr aylarında 661,5 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 16,3 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 24,9 faiz azalma müşahidə olunmuşdur.
Yanvar-noyabr ayları ərzində sahə üzrə 280,1 min ton (28,9 faiz çox) armatur, 698,7 ton (8,1 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1 326,3 ton (9,8 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























