Dollar daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
Dünya iqtisadiyyatında risklərin artması, FED-in gələn il üzrə faiz artımı ehtimallarını azaldır. Neftə olan tələb də azalmaqdadır.
Beynəlxalq valyuta birjalarında Amerikanın fond indekslərinin sürətlə ucuzlaşması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də 1%-ə kimi ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, dollar indeksi cari həftənin minimum səviyyəsini qırarsa, 0.6%-ə kimi də ucuzlaşa bilər.
Amerikanın “S&P” və “Dou Cons” indeksləri ucuzlaşmaqda davam edərək, son bir ilin minimum səviyyələrini yeniləmələri, Amerika iqtisadiyyatında risklərin artmasına işarədir. Beləliklə, Amerika Mərkəzi Bankının (FED) növbəti faiz artımı üzrə gözləntiləri azalır və dünya birjalarında dollar ucuzlaşır.
Dünyada iqtisadi risklərin artması, enerji bazarlarında neftə olan tələbin də azalmasına səbəb olur və nəicədə neft qiymətləri ucuzlaşır. Avropanın Brent markalı neftinin bir barel qiyməti artıq 56$-a ticarət edilir və bu səviyyənin altında qalarsa, 53$-a kimi də dəyər itirə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar və FED-in saat 23:00-da açıqlanacaq faiz qərarının sonra saat 23:30-da baş tutacaq mətbuat konfransı da investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 d. əvvəl
- 29 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI


























