Türkiyənin toyuq əti və yumurta ixracı 1 milyard dollara yaxınlaşıb
Türkiyənin toyuq əti və yumurta ixracı, 2018-ci ilin yanvar-noyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 12% artımla 917 milyon dollara yüksəlib.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr dövründə toyuq əti ixracı, 2017-nin eyni dövrü ilə müqayisədə 10% artaraq 523 milyon dollara çıxıb. Ən çox toyuq əti 299 milyon dollarlıq olmaqla İraqa ixrac edilib. Bu ölkənin ardınca 55 milyon dollarla Libya və 40 milyon dollarla Honq-Konq gəlir.
Türkiyə, keçən il girdiyi Yaponiya bazarında isə 1,5 milyon dollarlıq satış reallaşdırıb.
Yumurta ixracı da bu dövrdə, keçən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 336 milyon dollardan 394 milyon dollara qalxıb. Ən çox yumurta ixracı 281 milyon dollarla İraqa edilib. 37 milyon dollarla Səudiyyə Ərəbistanı ikinci, 21 milyon dollarla İran üçüncüdür. 11 ayda toyuq və yumurta ixracatı cəmi 917 milyon dollara yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
15 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
17 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























