Dollar indeksi daha da düşə bilər - GÜNƏ BAXIŞ
ABŞ iqtisadiyyatında risklərin artması, FED-in əlavə faiz artımı ehtimallarını azaltmaqla bərabər dolların da ucuzlaşmasına səbəb olur.
Amerikanın fond indekslərinin sürətlə ucuzlaşması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də mənfi təsir edir. Təhlillərə əsasən, dollar indeksi keçən həftənin minimum səviyyəsini qırarsa, 0.7% də ucuzlaşa bilər.
Amerikanın “S&P” və “Dou Cons” indeksləri ucuzlaşmaqda davam edərək, son 19 ayın minimum səviyyələrini yeniləmələri, Amerika iqtisadiyyatında risklərin artmasına işarədir. Beləliklə, Amerika Mərkəzi Bankının (FED) gələn il üzrə faiz artımı ehtimalları da azalır və dünya birjalarında dollar ucuzlaşır.
Brent nefti 50$-a kimi ucuzlaşdı.
Dünyada iqtisadi risklərin artması, enerji bazarlarında neftə olan tələbin də azalmasına səbəb olur və nəicədə neft qiymətləri ucuzlaşır. Avropanın Brent markalı neftinin bir barel qiyməti artıq 50$-a ticarət edilir və bu səviyyənin altında qalarsa, 46$-a kimi də dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























