Mingəçevirdə elektrik stansiyası yenidən qurulur - AÇIQLAMA
“Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq “Azərenerji” ASC tərəfindən həyata keçirilən işlər davam etməkdədir".
Bu barədə "Azərenerji" ASC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 2018-2020-ci illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsi olaraq müəyyən işlər hissə-hissə görülüb və görülməkdədir. Belə ki, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, Mingəçevirdə yerləşən 8 enerji blokundan ibarət “Azərbaycan” İES-in yenidənqurulması çərçivəsində istismar müddətini başa vuran avadanlıq və aqreqatlar yeniləri ilə əvəz edilir, stansiya və yarımstansiyalar tikilərək tamamilə yenidən qurulur.
Artıq “Azərbaycan” İES-in 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyanın yenidənqurulması prosesi yekunlaşmaq mərhələsinə keçib. Daha dəqiqi 2018-ci ilin son aylarında 145 gün müddətinə əsaslı təmir edilməli olan 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyada avadanlıqların yenilməsi işi 80 gün ərzində başa çatdırlıb. Bununla da 6-cı enerji bloku tam gücü ilə işə qoşulub və ehtiyat güc mənbəyi yaradılıb. Eyni zamanda hidrogen istehsal edən eloktroliz, oksigen qurğuları təzələnib. 2019-cu ildə “Azərbaycan” İES-dəki digər 7 enerji blokunun tamamilə yenidənqurulması həyata keçiriləcək.
Paralel olaraq bu yaxınlara qədər faktiki qoyuluş gücü ilə işləməyən Şəmkir Su Elektrik Stansiyasına yeni ehtiyat hissələr alınaraq gətirilib, 2 nömrəli hidro aqreqatda 26 noyabr - 27 dekabr tarixləri müddətində təmir-bərpa işləri aparılıb. Nəticədə aqreqatın gücü 2 dəfə artırılıb. Daha dəqiqi 80 MVt məhdudiyyət aradan qaldırılıb ki, bu təxminən bir neçə rayonun tələbatına bərabərdir . Ümumilikdə isə Şəmkir SES üçün nəzərdə tutulan yenidənqurma işləridavam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























