Dollar ucuzlaşır, Avro və neft bahalaşır - GÜNƏ BAXIŞ
Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində proqnozlaşdırılan tendensiyanın aktuallığı investorların diqqət mərkəzindədir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir və 1%-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. EUR/USD məzənnəsinin də 1.14$-ın üzərində qaldıqca, 1.16$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Amerikanın iqtisadiyyatında son aylar müşahidə edilən durğunluğun daha da dərinləşə biləcəyi gözləntilərinin aktuallığı, Amerika Mərkəzi Bankının (FED) 3%-ə kimi faiz artımı ehtimallarını da azaldır. Bu, dolların qiymətlərinə təzyiq edən əsas amildir.
Enerji bazarlarında da Avropanın Brent markalı nefti dəyər qazanmaqdadır. Son iki həftə ərzində 19% bahalaşan bir barel üzrə qiymət, 59$-ın üzərində qaldıqca, 62$-a kimi də dəyər qazana bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
40 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 57 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib





























