“Səba”nın törəməsi ləğv edildi
“Səba” ASC səhmdarları “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsinə qərar veriblər.
"Marja" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanına bildirə bilərlər.
28 dekabr 2018-ci il tarixində “Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. “Gündəlikdəki məsələlərə - “Səba” ASC-nin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi və aktivlərinin “Səba” ASC-nin balansına qəbul olunması barədə məsələ də daxil idi.
“Səba” ASC-nin hüquqşunası Ramil Süleymanov “Marja”ya bildirmişdi ki, “Dəvəçi Broyler Dərin Emal” MMC-nin hüquqi şəxs olaraq ləğvi təklif olunur, istehsal fəaliyyətinin dayandırılması nəzərdə tutulmur.
““Dəvəçi Broyler Dərin Emal” müəssisəsi “SƏBA” brendi ilə quş əti məhsulları və digər məhsullar istehsal edir. “SƏBA” ASC-nin fəaliyyətinin genişləndirilməsi, daha dəqiq hədəflərin müəyyənləşdirilməsi, vahid mühasibatlığa keçilməsi, idarəetmənin effektivliyinin və gəlirliliyin artırılması üçün “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi və balansının “Səba”ya ötürülməsi nəzərdə tutulur. Əgər səhmdarlar bu təklifi qəbul edərsə, “Səba” ASC-də Dərin Emal departamentinin yaradılması da nəzərdə tutulur. MMC ləğv edilsə də, istehsal “Səba”nın balansında davam edəcəkdir”.
"İŞÇİLƏR İXTİSAR EDİLMƏYƏCƏK"
Ramil Süleymanov qeyd etmişdi ki, ləğvetmə baş tutarsa “Dəvəçi Broyler Dərin Emal” MMC-nin işçi heyəti ixtisar edilməyəcəkdir. MMC-nin işçiləri “Səba”da yaradılacaq yeni departamentdə müvafiq işlə təmin olunacaqlar.
YENİ İNVESTİSİYALAR NƏZƏRDƏ TUTULUR
ASC-nin hüquqşunası vurğulamışdı ki, “Dəvəçi Broyler Dərin Emal” MMC-nin əmlakı “Səba” ASC-yə keçdikdən sonra yeni investisiyalar da gözlənilir: “Ən son texnologiyaların tətbiq edilməsilə istehsalın daha müasir səviyyəyə qaldırılması, daha yüksək keyfiyyətli və geniş çeşiddə məhsulların istehsal edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, "Qarabağ Taxıl" MMC və “ Dəvəçi Broyler Dərin Emal” MMC “Səba” ASC-nin törəmə şirkətləridir. Həmçinin "Biləsuvar Aqro" MMC “Səba” ticarət nişanı ilə süd məhsulları istehsal edir.
2010-ci ilin noyabrında fəaliyyətə başlayan “Dəvəçi Broyler Dərin Emal” MMC “Səba” ASC tərəfindən istehsal olunan toyuq ətinin dərin emalı nəticəsində yarımfabrikat məhsullarının istehsalı məqsədi ilə yaradılmışdı. “Dəvəçi Broyler Dərin Emal” şirkəti toyuq nagetləri, kotletlər, kabablar, sosislər, farş və sair məhsulları “Səba” brendi ilə satışa təqdim edirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
40 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 57 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib




























