Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını 22% artırıb
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin 2018-ci il ərzində Gədəbəy ərazisində hasilatı 17% artaraq 83 736 unsiya qızıl ekvivalenti olub.
Bu barədə şirkətin ötən illə bağlı hesabatında qeyd olunub.
2018-ci ildə qızıl hasilatı 72 798 unsiya, mis hasilatı 1 645 ton, gümüş hasilatı isə 210 184 unsiya təşkil edib. Qızıl hasilatında 22%, gümüş hasilatında 21,6% artım, mis hasilatında isə 17,4% azalma qeydə alınıb.
Ötən ilin IV rübündə isə hasilatın həcmi illik 5% azalaraq 21 945 unsiya qızıl ekvivalenti təşkil edib.
2018-ci ilin IV rübündə qızıl hasilatı illik müqayisədə 17% azalaraq 18 209 unsiya, mis hasilatı 5 dəfə artaraq 588 ton, gümüş hasilatı isə 39% artaraq 65 822 unsiya təşkil edib.
2018-ci ildə şirkət 59 481 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 265 dollar təşkil edib. 2017-ci ildə isə 43 496 unsiya külçənin hər unsiya üçün orta satış qiyməti 1 265 dollar olub.
Ötən ilin IV rübündə isə satışın həcmi 15 066 unsiya, qiyməti isə 1 231 dollar/unsiya olub.
Qeyd edək ki, “Anglo Asian Mining” 2018-ci ildə Gədəbəy rayonu ərazisindəki yataqlardan 78-84 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırıb.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
43 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib





























