""Azərsun Holdinq"də qeyri-adi hadisələr baş vermir" - AÇIQLAMA
Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan "Azərsun Holdinq" MMC-də ixtisarlar aparıldığı bildirilir. Məlumata görə, şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib.
"Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov "Marja"ya açıqlamasında bildirdi ki, holdinqdə xərclərin azaldılması üçün daha effektiv idarəetmənin tətbiqinə başlanılıb. 100 nəfərə yaxın işçi ötən il ixtisar olunub:
"100-ə yaxın işçi ötən il ərzində ixtisar olunanlardır. Şirkətdə, qeyri-adi, fövqəladə bir şey baş vermir. İşdən çıxarılan insanlar ilə bərabər, yeni işə qəbul edilənlər də var. Hazırda "Azərsun Holdinq"də işlər öz axarı ilə davam edir. Narahatlıq doğuracaq hal yoxdur. Xəbər yanlış anlaşma nəticəsində ciddi ixtisar və layihələrin icrasına xitam verildiyi şəkilində təqdim edilib".
Afiq Səfərov əlavə etdi ki, ixtisar olunanlar ilə bərabər, holdinqin bir sıra müəssisələrinin fəaliyyətinin genişlənməsi, yeni satış məntəqələrinin istifadəyə verilməsilə bağlı olaraq yeni iş yerləri də açılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
42 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 59 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib




























