"PAŞA Bank Gürcüstan"ın kredit portfelində böyük artım
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2018-ci ili 2 milyon 574 min min lari (1, milyon 647 min manat) mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 35,8% azdır.
İl ərzində "PAŞA Bank Gürcüstan"ın faiz gəlirləri 20 milyon 744 min lari (13 milyon 276 min manat), faiz xərcləri 4 milyon 924 min lari (3 milyon 151 min manat), qeyri-faiz gəlirləri 3 milyon 591 min lari (2 milyon 298 min manat), qeyri-faiz xərcləri 14 milyon 848 min lari (9 milyon 503 min manat), xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon 988 min lari (1 milyon 272 min manat) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 325 milyon 935 min lari (208 milyon 598 min manat) olub ki, bu da illik müqayisədə 19,8% çoxdur. Bunun 186 milyon 594 min larisi (119 milyon 42 min manatı) müştərilərə verilmiş kreditlərdir. 2018-ci ildə Bankın kredit portfeli 70,7% böyüyüb.
Hesabat tarixinə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri isə 218 milyon 148 min lari (139 milyon 615 min manat) təşkil edib ki, bu da illik müqayisədə 30,8% çoxdur. Bunun 103 milyon 572 min larisi (66 milyon 286 min manatı) müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 78,9% böyüyüb.
Son 1 ildə "PAŞA Bank Gürcüstan"ın balans kapitalı 2,45% artaraq 107 milyon 787 min lariyə (68 milyon 984 min manata) çatıb. Bankın nizamnamə kapitalı isə dəyişməyərək 103 milyon lari (65,92 milyon manat) qalıb.
1 lari = 0,64 manat
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























